Erməni qubernator: "Rusiyalı hərbçilər Azərbaycanla sərhəd boyu yerləşdiriləcək" - "Müəyyən ərazilərdə düzəlişlər ediləcək”

img

08-07-2021 [12:10]


“Bəzi rusiyalı hərbçilər artıq Gegharkunik bölgəsindədir. Onlar müəyyən mərhələdən sonra sərhəd boyunca yerləşəcəklər”.

Mia.az Meydan TV-yə istinadla xəbər verir ki, bunu Geğarkunik vilayətinin qubernatoru Gnel Sanosyan iyulun 7-də keçirdiyi mətbuat konfransında deyib.

Bildirib ki, artıq bununla bağlı birgə iş gedir. Bunun nəticəsində də bir sıra rusiyalı tərəfdaşlar və hərbçilər həmin bölgədədir: “Müəyyən mərhələdən və vaxtdan sonra onlar sərhəd boyunca yerləşdiriləcək. Bundan sonra Ermənistan və Azərbaycan silahlı qüvvələri bu ərazilərdən çıxarılacaq. Ardınca müəyyən danışıqlara başlanılacaq və müəyyən ərazilərdə düzəlişlər ediləcək”.

Qubernator danışıqların üçtərəfli xarakter daşıdığını və Ermənistan-Rusiya-Azərbaycan formatında aparıldığını da bildirib. Sərhəd boyunca Rusiya sərhədçilərinin yerləşdirilməsinə gəlincə, qubernator bunun nə zaman olacağını dəqiq bilmədiyini söyləyib: “Ancaq inanıram ki, bir neçə günün içində baş tutacaq”.

Gnel Sanosyan rus sərhədçilərinin bölgəyə müvəqqəti və ya daimi yerləşdiriləcəyini də hələ bilmir:

“Dünənki atışmadan sonra sərhəddə vəziyyət sabitdir, yeni hadisə qeydə alınmayıb. Mayın 12-13-dən sonrakı vəziyyət sizə məlumdur. Zaman-zaman oxşar hadisələrin baş verəcəyi istisna deyil. Ötən günlərdə bir hadisə oldu...".

İyulun 7-də Azərbaycan tərəf Ermənistan silahlı qüvvələrinin bölmələri Berd rayonunun Kolagir kəndi yaxınlığında yerləşən mövqelərdən Tovuz rayonu Qaralar kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutduğunu açıqlamışdı.

Bir gün öncə isə qanunsuz erməni silahlı dəstələrinin Ağdam rayonu ərazisində bölmələri atəşə tutduğunu, bir hərbi qulluqçusunun yaralandığını bildirmişdi.

İyunun 11-də Azərbaycan tərəf məlumat yayaraq bildirdi ki, Ermənistan silahlı qüvvələri Azərbaycan bömələrinə Kəlbəcər istiqamətində atəş açıb. Müdafiə Nazirliyi baş vermiş hadisəyə görə bütün məsuliyyətin Ermənistan tərəfinin üzərinə düşdüyünü bildirib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA