Güclü yağış 9 rayonda selə səbəb olub - Kənd yollarına, təsərrüfatlara, əkin sahələrinə ziyan dəyişib, işıq kəsilib

img

07-07-2021 [23:14]


Axşam saatlarından başlayaraq aramsız yağan yağış və güclü külək Daşkəsən, Göygöl, Gədəbəy, Şəmkir, Samux və Goranboy rayonlarında ciddi fəsadlar törədib.

Məlumata görə, Gədəbəy rayonunda leysan yağış selə səbəb olub və bir neçə kənd ərazisində çay daşıb, sel suları kənd yollarına, təsərrüfata, əkin sahələrinə ziyan vurub.

Şəmkir rayonunda da leysan yağış bir neçə sakinin yaşadığı evin həyətinə dolub. Rayonun bəzi hissəsində elektrik enerjisinin verilməsi dayandırılıb.

Bakı-Qazax avtomobil yolunun Gəncə, Şəmkir və Tovuz ərazisindən keçən hissəsində nəqliyyatın hərəkəti çətinləşib. Daşkəsən, Göygöl, Samux və Goranboy rayonlarında da analoji vəziyyət qeydə alınıb.

Hazırda bölgədə yağıntılı hava şəraiti davam edir/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA