“Qəbələ” heyətinə daha bir futbolçu ilə anlaşıb

img

07-07-2021 [16:04]


2021/2022 mövsümünün transfer çalışmalarını davam etdirən “Qəbələ” heyətinə daha bir futbolçu qatıb.

Mia.az xəbər verir ki, qapıçı Nicat Mehbalıyev növbəti mövsümdə “qırmızı-qaralar”ın formasını geyinəcək.

“Sabah”ın qolkiperi 1 illik icarəyə götürülüb.

21 yaşlı oyunçu “Sabah”a qədər “Bakı”, “Qarabağ” və “Sumqayıt”ın yeniyetmə komandalarında da çıxış edib. O, Azərbaycanın U-21 yığmasının üzvüdür.

Qeyd edək ki, “Qəbələ” Nicat Mehbalıyevə qədər Urfan Abbasov və Məqsəd İsayevi heyətinə qatıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA