"Bu, Kremli narahat etməyə bilməz" - Nəcməddin Sadıkovdan boşalan Baş Qərargah rəisi vəzifəsinə niyə təyinat yoxdur?
07-07-2021 [10:39]
Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi postu ötən ilin oktyabr ayından boşdur. Uzun illər bu vəzifəni tutan, həm də nazirin birinci müavini olmuş general-polkovnik Nəcməddin Sadıkov 44 günlük müharibənin ilk həftəsində işindən kənarlaşdırılmışdı.
Bu barədə yerli və xarici mətbuat dəfələrlə yazsa da, rəsmi məlumat təxminən 4 ay sonra – 2021-ci il yanvarın 28-də açıqlandı. Həmin tarixdə Müdafiə Nazirliyinin sözcüsü, polkovnik Vagif Dərgahlı bildirmişdi ki, Nəcməddin Sadıkov ötən ilin oktyabr ayından xidmətdə deyil.
Onu da xatırladaq ki, generalın adı və barəsindəki məlumatlar Müdafiə Nazirliyinin saytının rəhbərilk bölməsindən silinmişdi. Amma maraqlıdır ki, Baş Qərargah rəsinin vəzifədən çıxarılması haqqında prezident fərmanı hələ də dərc olunmayıb.
N.Sadıkovun vəzifəsindən uzaqlaşdırılmasının səbəbləri barədə çoxsaylı versiyalar olsa da, əsas ağırlıq qazanan ehtimal onun barəsində ictimai rəydə formalaşmış “Rusiyanın adamı” imici ilə bağlıdır. Hərbi ekspertlərin qənaətinə görə, generalın 2016-ci ildə baş vermiş aprel döyüşlərində oynadığı neqativ rol, Rusiya hərbi-siyasi dairələri ilə isti münasibətləri ona siyasi rəhbərliyin etimadını azaltmışdı. Bundan başqa, 44 günlük döyüşlərin ilk həftəsində şimal cəbhəsində və Ağdərə istiqamətində itkilərlə müşayiət olunmuş əks-hücum əməliyyatının N. Sadıkovun təşəbbüsü ilə həyata keçirildiyi bildirilir.
Baş Qərargah rəisinin düşmənin ən çox möhkəmləndiyi istiqamət olan Ağdam tərəfdən hücuma başlamağı təklif etdiyi də deyilir. Başqa – daha qorxunc iddialar da var ki, əlimizdə hər hansı dəlil-sübut olmadan bunları yazmaq doğru olmaz. Bütün bunların nəticəsində Baş Qərargah rəisi elə müharibənin gedişində döyüş əməliyyatlarının idarə olunmasından kənarlaşdırılıb. Hazırda onun barəsində heç bir informasiya əldə etmək mümkün deyil. Məlum olan budur ki, vaxtilə generalın orduya yerləşdirdiyi yaxın qohumları və bəzi yüksək vəzifəli kadrları tutduqları postlardan kənarlaşdırılıb.
Bəs, ötən 8-9 ayda Silahlı Qüvvələrin Baş Qərargah rəisi vəzifəsi niyə boş qalıb, ora təyinat aparılmaması hansı səbəblərlə əlaqədardır? Əlbəttə, bu barədə informasiya qıtlığı, hətta yoxluğu geniş və əsaslı təhlil aparmağa əngəl yaradır. Amma müharibədən sonra silahlı qüvvələrin daxilində, bütövlükdə müdafiə və təhlükəsizlik sektorunda aparılan mühüm dəyişikliklər bəzi ehtimallar irəli sürməyə imkan verir.
İlk növbədə prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycanda Türkiyə modeli əsasında ordu quruculuğuna başlanması barədə bəyanatı yada düşür. Dövlət başçısı fevralın 26-da keçirdiyi mətbuat konfransında deyib:
“Türkiyə ilə hərbi sahədə işbirliyimiz davam edəcək. Türk ordusu NATO-da güc baxımdan ikinci ən güclü ordudur. Biz Azərbaycanda türk ordusunun kiçik modelini yaratmaq əzmindəyik. Türkiyə ilə Azərbaycan iki qardaş ölkə, bir-birinə ən yaxın ölkələrdir. Odur ki, çağdaş Türkiyənin ordu modeli bizim üçün ən məqbul modeldir”.
Bu modelə görə, Baş Qərargah Müdafiə Nazirliyinin birbaşa tabeliyindən çıxarılır, ordu birlikləri yenidən komplektləşdirilir və Quru Qoşunları yaradılır. Türkiyə ordusunda olduğu kimi, bu qoşunlara komandan təyin edilən generallar bəlli müddət çərçivəsində rotasiya ilə Baş Qərargah rəisi təyin edilirlər. Müdafiə naziri isə mülki (keçmiş zabit və ya zabit olmayan) şəxs olur və müdafiə sahəsində dövlət siyasətini həyata keçirir.
Hazırda Azərbaycan Ordusunun bütün strukturlarında islahatlar aparılır. Əlbəttə, müharbədən sonra işğaldan azad edilmiş bölgələrdə ordu hissələrinin dislokasiyası, texniki təminat, infrastruktur problemlərinin həlli kifayət qədər irimiqyaslı işdir və zaman alır. Həmçinin, əvvəlki ştat cədvəlləri, döyüş və qeyri-döyüş xidmət zonalarının xəritələri, orada xidmət keçən hərbçilərin statusu, təminatı, əməkhaqqı və sair məsələlərə də yenidən baxılır.
Paralel olaraq ordunun arsenalının yenilənməsi və modernləşdirilməsi istiqamətində də ciddi iş gedir. Bu işdə Türkiyə hərbi mütəxəssislərinin dəstəyindən istifadə olunur və bu ölkə ilə yanaşı, İsrail hərbi sənaye kompleksinin məhsullarına üstünlük verilir. Rusiyanın Azərbaycanın silahlanmasında strateji təchizatçı rolu getdikcə məhdudlaşdrılır.
Şübhəsiz ki, struktür və kadr dəyişikləri də prosesin ayrılmaz tərkib hissəsidir. Hərbi mənbələr bildirirlər ki, silahlı qüvvələrin rəhbərliyində ciddi yenilənmə aparılır, bu səbəbdən Baş Qərargah rəisi ilə yanaşı, bir sıra mühüm vəzifələrə də hələ təyinat aparılmayıb. Məntiqlə, Türkiyə modeli əsasında ordu quruculuğu aparılırsa, strateji postlara bu ölkədə hazırlıq keçmiş zabitlər irəli çəkilməlidir. Yəni Rusiya hərbi məktəbi öz yerini Türkiyə, dolayısı ilə NATO hərbi təhsil sisteminin yetirmələrinə verir. Lakin yeni, peşəkar, etibarlı kadrların azlığı, olanların da uzun müddət ordu içərisində sıxışdırılması öz sözünü deyir. Ona görə də, bu məsələ zaman və səbr tələb edir.
Daha bir vacib məsələ uzun müddət Azərbaycanın ordu strukturlarında müəyyən təsir imkanlarına malik olmuş Rusiyanın dəyişikliklərə neqativ reaksiyasıdır. Sirr deyil ki, Moskva geostrateji maraqlarının olduğu regionlardakı ölkələrin müdafiə-təhlükəsizlik sektoruna nəzarət və təsir imkanlarına malik olmaqda maraqlıdır. Üstəlik, Bakının bu sahədə Türkiyə ilə sıx işbirliyi və NATO modelinə əsaslanan ordu qurmaq istəməsi Kremli narahat etməyə bilməz. Ehtimal etmək olar ki, bu istiqamətdə Azərbaycan rəhbərliyinə müəyyən təzyiqlər edilir, bu isə Baş Qərargah rəisi də daxil olmaqla, bir sıra mühüm postların təyinatsız saxlanmasına gətirib çıxarır. Çox güman ki, Azərbaycan rəhbərliyi bu sektorda aparılan islahatların müəyyən mərhələsinə qədər gözləməkdə davam edəcək. Daha sonra qarşıya qoyulmuş hədəfə uyğun olaraq, struktur dəyişiklikləri və kadr təyinatları həyata keçiriləcək. //pressklub.az//
Ukrayna, Rusiya, ABŞ nümayəndələri BƏƏ-də bir arada - 4 saata yaxın müzakirə aparılıb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Neftçi" "Zirə" ilə bacarmadı
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İspaniya Baş naziri Trampın dəvətini əlinin tərsi ilə geri çevirdi
131 məktəbə direktor təyin olunacaq
"Qalatasaray" 23 yaşlı futbolçunu heyətinə qatır
Rövşən Nəcəf FIFA prezidenti ilə görüşüb - Davosda
"Real" Arda Gülərə 90 milyon avro qiymət qoydu - "Satılsa, "Fənərbağça" 18 milyon qazanacaq"
500 MİLYON DOLLAR SƏRVƏTƏ SAHİB OLAN İLHAM RƏHİMOVUN HEYKƏLİ: niyə qoyuldu? - Maraqlı iddialar + FOTO
Baş İdarə rəisi vəzifədən azad olunub
Kamran Əsədov məhkəmə zalında həbs edildi - Rektor isə qaynını işdən uzaqlaşdırdı (YENİLƏNİB)
DÜNYANIN 20 ƏN GÜCLÜ ORDUSU: Türkiyə 9-cı sıradadır - SİYAHI
Türkiyədə məşhur aktyor və aktrisalar narkoman çıxdı - Test cavabları açıqlandı + SİYAHI
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"İmişli" - "Araz-Naxçıvan" oyununda qapılara 4 qol vurulub
Bakıda yanan evdə 2 nəfərin meyiti aşkarlandı
İran XİN başçısında Zelenskiyə sərt cavab: "Dünya təlxək klounlardan bezdi, utanmadan..."
CHP-li keçmiş bələdyyə sədrinə hökm oxundu - 6 il 3 ay həbs
AFFA liqalarda yeniliklər etməyə hazırlaşır
GENERAL MƏDƏT QULİYEV BOŞANIB - Açıqlama (Yenilənib)
İsrail ordusu 4 gün əvvəl girdiyi rayondan geri çəkilib - "350 evdə axtarış aparılıb"
Röya Ayxanın bir qardaşı da müğənni imiş... - VİDEO
ABŞ Səfirliyi Tramp-Əliyev görüşü haqqında məlumat yaydı
Xalq artistinin qardaşı oğlu müşavir vəzifəsindən azad edildi - Nazir əmr imzaladı (FOTO)
Türkiyə millisinin üzvü: "Yuventus"da xoşbəxtəm"
"Aston Villa" "Beşiktaş"ın hücumçusunu istəyir - 21 milyon avro və futbolçu təklif edilib
Bakıda eksternat imtahanlar elektron qaydada keçiriləcək
Azercell Azərbaycanda ISO/IEC 27701:2019 beynəlxalq sertifikatını əldə edən ilk şirkət oldu
Maliyyə Nazirliyi süni intellektin tətbiqi ilə bağlı işə başlayıb
"Qalatasaray" daha bir oyunçu ilə yollarını ayırır
Qarabağda yaşayan 10 erməni Ermənistana təhvil verilib
9 ay əvvəl vəzifəyə təyin edilən xanım çıxarıldı - "Dəmir Yolları”ndan yeni kadrlar gətirilib (FOTO)
Niyaməddin Musayevin qızı haqda maraqlı məlumatlar yayıldı: polkovnik, şöbə rəisi...
Sabahın hava proqnozu açıqlandı
Zaur Əkbər Avropaya mühacirətə yollanıb
Komitə sədri özünə yeni köməkçi götürüb - FOTO
SAHİBKARLIQ SAHƏSİNDƏ YOXLAMA: daha bir il qadağan olunacaq
65 yaşlı fəhlə binadan başına yük düşməsi nəticəsində ölüb
Zahid Oruc: "Sərhəd kəndlərin inkişafı ilə bağlı ayrıca dövlət proqramına ehtiyac var"
İranda aksiyada ölənlərin sayı 5 mini ötüb - Son məlumat yayıldı