Çempionlar Liqasının I təsnifat mərhələsi: hansı komandalar qalib gəldi?

img

06-07-2021 [23:55]


UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinə start verilib.

Məlumata görə, ilk oyun günündə baş tutan 7 qarşılaşmada qapılara ümumilikdə 22 qol vurulub.

Estoniya "Flora"sı evdə Malta "Hibernians"ını 2, Macarıstan "Ferentsvaroş"u isə Kosovo "Priştina"sını 3 cavabsız qolla məğlub edib. Finlandiya HİK-i qonaq etdiyi Monteneqro "Buduçnost"una 3:1 hesabı ilə qalib gəlib.

Şimali İrlandiyanın "Linfild" klubu Litvada "Jalgiris"ə, Bosniya və Herseqovinanın "Borats" komandası isə Rumıniyada ÇFR-ə eyni hesabla uduzub -1:3.

Günün son görüşlərində “Fola Eş” (Lüksemburq) evdə "Linkoln"la (Cəbəllütariq) 2:2 hesablı heç-heçəyə razılaşıb. Şimali Makedoniyanın "Şkendiya" klubu isə doğma meydanda Sloveniya "Mura"sı ilə bacarmayıb - 0:1.

UEFA Çempionlar Liqası

I təsnifat mərhələsi

İlk oyunlar

20:00. "Flora" (Estoniya) - “Hibernians” (Malta) - 2:0

20:00. “Ferentsvaroş” (Macarıstan) - "Priştina" (Kosovo) - 3:0

20:00. HİK (Helsinki, Finlandiya) - "Buduçnost" (Monteneqro) - 3:1

21:00. "Jalgiris" (Litva) - “Linfild” (Şimali İrlandiya) - 3:1

21:00. ÇFR (Rumıniya) - "Borats" (Bosniya və Herseqovina) - 3:1

21:30. “Fola Eş” (Lüksemburq) - "Linkoln" (Cəbəllütariq) - 2:2

22:00. "Şkendiya" (Şimali Makedoniya) - "Mura" (Sloveniya) - 0:1

Qeyd edək ki, bu raundun digər 9 oyunu iyulun 7-də baş tutacaq. Cavab qarşılaşmaları isə 13 - 14 iyulda olacaq/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA