Azərbaycan, Türkmənistan və Türkiyə prezidentləri görüşəcək

img

06-07-2021 [12:30]


Türkmənistanın xarici işlər naziri Rəşid Meredov azərbaycanlı həmkarı Ceyhun Bayramovla ən yüksək siyasi səviyyədə əldə edilmiş razılaşmaların icrasını müzakirə edib.

Mia.az xəbər verir ki, diplomatlar Azərbaycan, Türkmənistan və Türkiyə prezidentlərinin bu il keçirilməsi planlaşdırılan üçtərəfli görüşünün əhəmiyyətini vurğulayıblar.

Rəşid Meredov və Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu arasında baş tutmuş telefon danışığı zamanı da Azərbaycan, Türkmənistan və Türkiyə dövlət başçılarının görüşünün vacibliyi qeyd olunub.

Bundan başqa, nazirlər Türkiyə prezidentinin Türkmənistana səfərinin hazırlıq məsələlərinə də diqqət ayırıblar.

Qeyd edək ki, Azərbaycan, Türkmənistan və Türkiyə prezidentlərinin görüşü zamanı bir sıra razılaşmaların imzalanacağı gözlənilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA