DİM daha bir imtahanların vaxtını dəyişdirdi

img

06-07-2021 [11:55]


Dövlət İmtahan Mərkəzi “Qabiliyyət imtahanına buraxılış vərəqəsi”ndə imtahan tarixi 19 iyul yazılmış abituriyentlərə müraciət edib.

Mərkəzdən Mia.az-a bildirilib ki, Nazirlər Kabinetinin İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında 1 iyul 2021-ci il tarixli Qərarına əsasən, 2021-ci il 19 iyul iş günü ilə 17 iyul istirahət gününün yerləri dəyişdirilib.

Ona görə də DİM tərəfindən Təsviri sənət istiqaməti üzrə 19 iyul 2021-ci il tarixində nəzərdə tutulmuş imtahanlar 17 iyul tarixinə keçirilib.

Qabiliyyət imtahanına buraxılış vərəqəsində 19 iyul tarixi üçün Rəngkarlıq (10) komissiyasının rəngkarlıq imtahanı və Heykəltəraşlıq (12) komissiyasının yapma imtahanı qeyd edilmiş abituriyentlər 17 iyul tarixində imtahana gəlməlidirlər.

Bu abituriyentlər yenilənmiş buraxılış vərəqələrini DİM-in saytından çap edə bilərlər.

https://eservices.dim.gov.az/qabiliyyet


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA