Eldar Həsənov bu gün DTX-nin hospitalında əməliyyat olunacaq

img

06-07-2021 [10:58]


Bu gün sabiq Baş Prokuror Eldar Həsənov Dövlət Təhlükəsizlik Xidmətinin Hərbi Hospitalında cərrahiyyə əməliyyatı olunacaq.

Mia.az xəbər verir ki, bu barədə onun vəkili Adəm Məmmədov məlumat yayıb.

Qeyd edək ki, Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Hersoqovinadakı səfiri Həsənov Eldar Hümbət oğlu tərəfindən xeyli miqdarda büdcə vəsaitinin təyinatı üzrə istifadə edilməməsi və digər qanun pozuntularının törədilməsinə dair əsaslı şübhələr müəyyən edilib. Aparılan istintaq çərçivəsində Eldar Həsənov şübhəli şəxs qismində tutulub.

Səbail rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.

Daha sonra onun barəsində aparılan cinayət işinin istintaqı DTX-dan alınaraq Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsinə həvalə edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA