"Qalatasaray" və "Fənərbağça" Yarmolenko ilə maraqlanır

img

05-07-2021 [18:35]


Ukrayna milli komandasının və İngiltərənin "Vest Hem" klubunun futbolçusu Andrey Yarmolenko karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

"Haber365" xəbər verir ki, 32 yaşlı hücumçunun xidmətlərində "Qalatasaray" və "Fənərbağça" maraqlıdır. "Sarı-qırmızılar" təcrübəli forvarda ildə 2,5 milyon avro, "sarı-lacivərdlilər" isə 3 milyon avro ödəməyə hazırdır. Oyunçunun "Vest Hem"i tərk etmək istədiyi bildirilir.

Qeyd edək ki, Andrey Yarmolenko karyerasına Ukrayna "Desna"sında başlayıb. Bundan sonra 11 il Kiyev "Dinamo"sunda çıxış etmiş hücumçu 2017-ci ildə Almaniyanın "Borussiya" (Dortmund) komandasına keçib. O, "Vest Hem"də 2018-ci ildən forma geyinir. Ukrayna millisinə 2009-cu ildən dəvət alan Yarmolenko AVRO-2020-də 2 qol və 2 məhsuldar ötürmə müəllifi olub/report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA