Almaniya Azərbaycan vətəndaşlarının ölkəyə girişinə icazə verib

img

05-07-2021 [16:20]


Almaniya Azərbaycan vətəndaşlarının ölkəyə girişinə icazə verib.

Bu barədə Almaniyanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, iyulun 4-dən etibarən Azərbaycan, Ermənistan, Bosniya və Herseqovina, Bruney, İordaniya, Kanada, Qətər, Kosovo, Moldova və Monteneqro vətəndaşları turizm məqsədilə Almaniyaya səfər edə bilərlər.

Əlavə edək ki, iyunun 25-dən etibarən Almaniya üçüncü ölkələrdən gələn və Avropa Tibb Agentliyi (EMA) tərəfindən təsdiqlənmiş COVID-19 peyvəndlərini ("Pfizer", "Moderna", "AstraZeneca" və “Johnson&Johnson") vurdurmuş turistlərinin ölkəyə girişi barədə qərar çıxarıb.

İyulun 1-də Avropa İttifaqı (Aİ) Azərbaycan da daxil olmaqla, 11 ölkəni qurumun təsdiqlənmiş səyahət siyahısına əlavə edib/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA