Rüstəm Muradov: "Rusiya Qarabağla bağlı üçtərəfli bəyanatın müddəalarını həyata keçirir"

img

04-07-2021 [14:33]


“Şəxsən Qarabağdakı silahlı qarşıdurma zamanı erməni birləşmələri tərəfindən iki rayonun minalanmış ərazilərin xəritələrini Azərbaycan tərəfinə təhvil verdim. Öz növbəsində, Azərbaycan 15 erməni hərbçisini sərbəst buraxdı”.

Bu fikirləri Rusiya sülhməramlı kontingentinin komandiri general-leytenant Rüstəm Muradov bir qrup erməni hərbi əsirin təyyarə ilə İrəvana təhvil verilməsindən sonra mətbuata açıqlayıb.

General bildirib ki, Rusiya Qarabağla bağlı üçtərəfli bəyanatın müddəalarının həyata keçirilməsini təmin etmək üçün fəaliyyəti davam etdirəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA