Avropa çempionatı: İngiltərə Ukrayna yığmasını darmadağın etdi - VİDEO

img

04-07-2021 [00:57]


Futbol üzrə Avropa çempionatında 1/4 final mərhələsinin son oyunu keçirilib.

Məlumata görə, İtaliyanın paytaxtı Romadakı "Olimpiko" stadionunda İngiltərə və Ukrayna yığmaları üz-üzə gəlib. Almaniyalı referi Feliks Brıxın idarə etdiyi qarşılaşma britaniyalıların böyük hesablı qələbəsi ilə yekunlaşıb - 4:0.

İngiltərə yığmasından Harri Keyn, 4-cü və 50-ci dəqiqələrdə dubl edib. Qalan qolları Harri Maquayr 46-cı, Cordan Henderson 63-cü dəqiqədə vurub.

Beləliklə, yarımfinal oyunlarında üz-üzə gələcək bütün komandalar müəyyənləşib. Finala gedən yolda İtaliya İspaniya ilə iyulun 6-da, Danimarka isə İngiltərə ilə iyulun 7-də görüşəcək. İngiltərənin paytaxtı Londondakı "Uembli" stadionunda təşkil olunacaq hər qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.

Report


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA