Ekspertdən xəbərdarlıq: "Fərqli vaksinlə təkrar peyvənd olunmalıyıq"

img

03-07-2021 [18:10]


Təsirin effektivliyini artırmaq üçün təkrar peyvənd birinci vaksindən fərqli preparatla olunmalıdır.

Bu barədə "Ali İqtisadiyyat Məktəbi" Milli Tədqiqat Universitetinin Səhiyyə iqtisadiyyatı institutunun direktoru Larisa Popoviç bildirib.

Ekspertin fikrincə, daha yaxşı immunitet yaratmaq üçün profilaktik vasitənin antigen tərkibi dəyişməlidir, fərqli vaksinlər isə buna imkan yaradır.

“Vaksinin “layt” versiyası ilə təkrar vaksinləmə fərqli platformadan ola bilər, çünki onlar immun sistemində fərqli reaksiya verir. Bu vacibdir. Biz vaksin vurdurmalı, daha sonra isə fərqli vaksinlə təkrar peyvənd olunmalıyıq. Bu, kollektiv immunitetə nail olmağa və fərqli mutasiyalara reaksiya verməyə imkan yaradacaq”, - Popoviç bildirib.

Qeyd edək ki, Azərbaycan vətəndaşları peyvəndin ikinci dozasından 6 ay sonra ölkədə tətbiq edilən istənilən vaksinlə peyvənd olunmaqla COVID-19 sertifikatlarının müddətini uzada biləcəklər/Report


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA