İtaliyanın "İnter" klubu iki futbolçusu ilə yollarını ayırıb

img

01-07-2021 [14:46]


İtaliyanın "İnter" klubu iki futbolçusu ilə yollarını ayırıb.

Məlumata görə, ingiltərəli müdafiəçi Eşli Yanq və italiyalı qapıçı Daniele Padellinin başa çatan müqavilələri yenilənməyib.

Ölkə çempionu hər iki oyunçuya uğurlar arzulayıb.

Qeyd edək ki, 2017-ci ildən "İnter"in formasını geyinən Padelli "Udineze"də, 2020-ci ilin əvvəlindən Milan klubunda çıxış edən Yanq isə ölkəsinin "Aston Villa" komandasında oynayacaq/Report


Digər xəbərlər
SON XƏBƏRLƏR