Avropa İttifaqı Azərbaycandan səyahətlərə icazə verdi

img

30-06-2021 [20:01]


Avropa İttifaqı (Aİ) Azərbaycandan səyahətlərə icazə verib.

“Politico” nəşri xəbər verir ki, quruma üzv ölkələrin səfirlərinin bu gün keçirilən toplantısında 11 ölkənin Aİ-nin təsdiqlənmiş səyahət siyahısına daxil edilməsinə qərar verilib.

Siyahıda Azərbaycan, Kanada, Ermənistan, Bosniya və Herseqovina, Bruney, İordaniya, Kosovo, Moldova, Monteneqro, Qətər və Səudiyyə Ərəbistanı yer alıb.

Ötən il Aİ koronavirus pandemiyası səbəbindən ittifaqa daxil olmayan ölkələrdən qeyri-vacib səyahətlərə qadağa qoyub/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA