MÜDAFİƏ NAZİRLİYİ ŞƏHİDLƏRİN SİYAHISINI YENİLƏDİ: itkin düşən hərbçilərin adları əlavə olundu - SİYAHI/FOTO

img

30-06-2021 [17:28]


Müdafiə Nazirliyi Vətən müharibəsində şəhid olan hərbi qulluqçuların yeni siyahısını açıqlayıb.

Mia.az xəbər verir ki, nazirlik Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində şəhid olan hərbi qulluqçularından iyunun 30-dək dəfn edilən 2906 nəfərin, eləcə də itkin düşmüş hesab olunan 8 nəfərin foto şəkillərini, adlarını, soyadlarını, hərbi rütbəsi və doğum tarixi haqqında məlumatları təqdim edib.

Müdafiə Nazirliyindən bildirilib ki, itkin düşmüş hesab olunan hərbi qulluqçuların tapılması və identifikasiyası üzrə işlər davam etdirilir.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Şəhidlərimizin ruhu qarşısında baş əyirik!

Şəhidlərin tam siyahısı ilə buradan tanış olmaq olar:

https://mod.gov.az//images/pdf/d6a9370a7277e7cf8bda91efe1d47d40.pdf

img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA