İŞIĞIN QİYMƏTİ İLƏ BAĞLI DA QƏRAR VERİLDİ - Dəyişiklik + Rəsmi açıqlama 

img

30-06-2021 [18:19]


Tarif (Qiymət) Şurasının bu gün keçirilmiş növbəti iclasında “Elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi barədə” 28 noyabr 2016-cı il tarixli qərara dəyişiklik olunub.

Mia.az xəbər verir ki, dəyişikliyə əsasən, bundan sonra elektrik enerjisinin 1 kVt/saat-nın qiyməti saat 08:00-dan 22:00-a qədər 7,3 qəpik, saat 22:00-dan 08:00-a qədər isə 3,5 qəpik müəyyən edilib.

Qərar sabahdan qüvvəyə minir.

***

Azərbaycan Respublikası Tarif (qiymət) Şurası 30.06.2021-ci il tarixli 9 nömrəli qərarı ilə elektrik enerjisi üçün müəyyənləşdirilən topdansatış tarifinə aydınlıq gətirib.

Şuradan Mia.az-a bildirilib ki, bu tariflər enerji təchizatı birbaşa 35 və 110 kV-luq xətlərlə həyata keçirilən, gün ərzində yük tələbatı stabil olan, istehsal məqsədləri üçün orta aylıq enerji istehlakı 5 milyon kVts-dan az olmayan məlumatların emalı, qeydə alınması və ötürülməsi üzrə fəaliyyət göstərən məlumat mərkəzlərinə şamil olunur: "Bu tarifin əhaliyə və qərarda qeyd edilən fəaliyyətdən fərqli fəaliyyətlə məşğul olan qeyri-əhali abonentlərinə aidiyyəti yoxdur. Əhali kateqoriyası üzrə mövcud tariflərə hər hansı dəyişiklik edilməyib".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA