Beynəlxalq Şahmat Federasiyası yeni reytinq siyahısını açıqlayıb

img

30-06-2021 [15:30]


Beynəlxalq Şahmat Federasiyası (FIDE) yeni reytinq siyahısını açıqlayıb.

FIDE-nin rəsmi saytı xəbər verir ki, ilk "10-luq"da Azərbaycanın 2 təmsilçisi yer alıb.

Şəhriyar Məmmədyarov 2782 xalla 6-cı sırada qərarlaşıb. O, iki pillə irəliləyib. Teymur Rəcəbov isə 2 765 xalla 10-cu yerdəki mövqeyini qoruyub.

Qədir Hüseynov (2665) 2 pillə irəliləyərək 72-ci olub. 11 pillə geriləyən Nicat Abbasov (2656) isə 84-cü yerlə kifayətlənib. Rauf Məmməd 3 addım irəliləyib və 87-ci sırada yer alıb.

Siyahıda ilk “üçlük” dəyişməyib. Norveçli dünya çempionu Maqnus Karlsen (2847) birinci, Fabiano Karuana (ABŞ, 2806) ikinci, Dinq Liren (Çin, 2799) üçüncüdür.

Qadın şahmatçılardan Günay Məmmədzadə 4 pillə irəliləyərək 2460 xalla 25-cidir. 5 pillə irəliləyən Gülnür Məmmədova 2385 xalla 77-cidir. Xanım Balacayeva (2376) isə 91-cı sıradakı mövqeyini qoruyub/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA