Ziya Məmmədovun qardaşı ilə Ramiz Mehdiyev arasında gərginlik - Səs yazısı yayıldı
30-06-2021 [12:29]
Keçmiş deputat, sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Elton Məmmədov AMEA-nın Rəyasət Heyətinin iclasında qurumda baş verən ağır cinayət hadisələrindən danışıb.
Mia.az Bakipost-a istinadla xəbər verir ki, bununla bağlı yayılan səs yazısından görünür ki, E.Məmmədovun işdən çıxarılması ilə bağlı təşkil olunan iclasda son çıxışı zamanı o, müəyyən faktları açıqlayıb.
Bildirib ki, AMEA-da ciddi qanun pozuntuları baş verib. İşlədiyi müddətdə qanunsuzluqların qarşısını almağa çalışsa da, buna tam müvəffəq ola bilməyib.
Elton Məmmədov qeyd edib ki, alimlər üçün olan AMEA-nın torpaq təyinatları dəyişdirilib və ayrı-ayrı adamlara satılıb:
“Bu hallarla hər gün mübarizə aparmışam, şəffaflığa çıxmaq üçün sənədləri qaydasına qoymuşam. Torpağından başlayaraq, reyestr yaratmışam. O vaxt komissiyanın sədri akademik Rasim Əliquliyev olanda tövsiyələr vermişdi. İndi baxa bilərsiz, 48 təşkilatın reyestrini aparmışam. Reyestrdə külli miqdarda avadanlıqlara dövlət vəsait verib. Artıq bir təşkilatın ümumi monitorinqini aparıb reyestrlər müəyyənləşdirmişik. Bunların hamısını qısa bir zamanda görmüşəm. Təşkilatçılar elə işlədi ki, guya Ramiz Mehdiyevin rəhbərliyi ilə Elton Məmmədov Xızıda villalar tikdirib, satacaq. Dövlət qanununu pozaraq, Milli Elmlər Akademiyası Rəyasət Heyətinin qərarı ilə 322 nəfərə torpaq verib. Dövlət təyinatı qalıb bir tərəfdə, fərdi bağçılıq, bostançılıq yaradıblar. Qanunla gəlib, rəhbərimə demişəm ki, mənim dövrümdə də 120 ərizə daxil olub. 1 sot da olsa ordan kiməsə torpaq vermək niyyətində deyiləm. Çünki bu, qanun pozuntusudur. Gərək, mən də başqaları kimi torpaq verəydim, sonra da sizin yanınızda qızaraydım? Hər birinizdən bir daha üzr istəyərək ərizəmi yazmışam, səbəbini də qeyd etmişəm. Qərarınıza böyük hörmətlə yanaşıram, amma çox təəssüf....
Rəhbərliyinizlə birlikdə, sizlərə də özümdə olan insan resursunu dövlət quruluşuna və dövlətçiliyin bu sahəsinə axıra qədər tətbiq edə bilmədim. Çox təəssüf...”.
Çıxışdan sonra Ramiz Mehdiyev isə əlavə edib ki, qeyd olunan məsələlər həqiqətə uyğundur: “Bunu nəzərə almalıyıq. Uzun müddət bu söhbətlər olub. Mənə də məlumat verib, öz fikirini söyləyib”.
“Miray” ləqəbli tiktoker saxlanıldı
Ərdoğanın "qılınc" xəbərdarlığı, nazirin "ordumuz hazırdır, 7/24 gözləyir" mesajı... - Türk ordusu böyük əməliyyat anonsu verdi
Bakıda ermənilərin cinayət işi üzrə məhkəmə işi - Qukasyan və Harutyunyanın ifadələri dinlənilib (Yenilənib)
Hakan Fidan ABŞ dövlət katibi ilə telefonda danışıb
ÇL-in PÜŞKÜ ATILDI - "Qarabağ"ın bəxtinə çox çətin rəqiblər düşdü
Gəncədə daha bir bıçaqlanma hadisəsi olub
Məmmədalı Ağayevi Moskvada saxlayıblar
Kiyevdə Azərbaycan səfirliyinin pəncərələri qırılıb, damda çatlar əmələ gəlib - XİN Rusiyanın hücumu ilə bağlı məlumat yaydı
Karlos Soler "Real Sosiedad"a keçir
"Gündəlik, həftəlik, altı aylıq və illik gediş biletləri təsis olunmalıdır" - Partiya sədrindən gediş haqları ilə bağlı xəbərlərə maraqlı reaksiya
Netanyahunun qəfil həmləsi və Ankaranın artan qəzəbi: rəsmi Bakı hansı addımı atacaq? - TƏHLİL
13 yaşlı qıza 30-dan çox kişi təcavüz edib - Kəmalə Ağazadə şok iddianı təsdiqlədi, "saxlanılanlar var" dedi (YENİLƏNİB)
“Meydan TV”nin əməkdaşlarına 8 maddə ilə ittiham verilib
Abşeronda 54 yaşlı kişini öldürüblər
Ərdoğan Şahbaz Şəriflə müzakirə aparıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Ərdoğan Zelenski ilə telefonda danışdı - Nələr müzakirə olunub?
BŞTİ əməkdaşı başsız məktəbin dağınıq binası ilə bağlı tələb qoyub - "Təhsil Nazirliyində də tualetin qapısı yoxdur?" - FOTOLAR
Belaruslu nazir İstanbulda yoxa çıxıb - Axtarış başlayıb
"Sivasspor" oyunçusu ilə yollarını ayırıb
Bakıda 15 mənzilin sakininə müvəqqəti kirayə pulu veriləcək
Sabiq komitə sədrinin qızı vəzifədən azad olunub - Açıqlama
Teleaparıcı "Azəriqaz"a səsləndi: "Bu, nə məntiqdir? Kartlarınız işləmirsə..." - FOTO
Bakıda ictimai nəqliyyatda gedişhaqqı artırılacaq? - Açıqlama
Babək Quliyev UEFA-dan təyinat alıb
Prezident İlham Əliyev fərman imzalayıb - Dəyişiklik
Təhsil krediti üçün müraciətlər başlanıb
Prezident İlham Əliyev Avropa İttifaqının xüsusi nümayəndəsini qəbul etdi - Nələr müzakirə olunb?
Beynəlxalq axtarışda olan 9 İŞİD üzvü tutulub - İstanbulda
"Olimpik Marsel" Dani Sebalyosu heyətinə qatır
Sabah hava necə olacaq? - Proqnoz
"Hakimiyyət baxır, məni tanıyır" - Kəramət
Həkim barışıq üçün alimin ailəsinə 40 min təklif edib - Məhkəmə işi
"Açıq-saçıq geyinmisən, səni müayinə etmirəm" deyən həkim... - Türkiyədə daha bir maraqlı olay
Kenni Arroyo yeni klub axtarır
Daha bir ölkə ABŞ-a poçt göndərişlərini dayandırıb
Rusiya Kiyevə ağır zərbələr endirir - Ölən və yaralananlar
Azərbaycan nefti bahalaşdı