Deputat qəzəbləndi: "Taleyim Bakı küləyidir, böhtançıların tüpürcəklərini öz üzlərinə yaxır"
29-06-2021 [14:37]
“Xalqı aldatmaq olmaz. Guya mən demişəm ki, xalqa pensiya vermək lazım deyil. Bu hansısa şərəfsizin atdığı böhtandır”.
Mia.az xəbər verir ki, bu sözləri Milli Məclis deputatı Sabir Rüstəmxanlı deyib. Millət vəkili bildirib ki, yalanı yayanlar arasında özünə qələm adamı, şair deyənlər də var:
“Biz 30 ildir, bu böhtanların içindən keçib gəlirik. Bir dəfə belə yazı müəlliflərinə cavab vermişdim ki, mənim taleyim Bakı küləyidir, böhtançıların tüpürcəklərini öz üzlərinə yaxır…
Əhalinin sosial müdafiəsi ilə bağlı qanunların müzakirəsi zamanı çıxışlarımın mətni nöqtə -vergülünə qədər Milli Məclisin saytında yerləşdirilib, mətbuatda dediklərim də göz qabağındadır. Orda millətimizin əlehinə olan tək bircə kəlmə tapılmaz!
Tam tərsinə, xalqın mənafeyi mövqeyindən çıxışlar etmişəm. Əslinə qalanda, məni tanıyan və ağlı başında olan heç kim mənim elə söz deyə biləcəyimə inanmaz!..
Həmin böhtanı Nəsibə İlkin adlı bir müəllif də paylaşıb. Ona cavab vermək fikrində deyiləm, məqsədim Nəsibəni başa salmağa çalışan, tanıdığım və tanımadığım onlarla insana təşəkkür etməkdir. Mənə ehtiyac qalmayıb, hamı Nəsibə İlkinə anladıb ki, yoxlamadan, mənbəyini bilmədən belə bir sözü paylaşmaq olmaz! Mənə önəmli olan bu inamdır”.
Sabir Rüstəmxanlı xalqın ziyanına olan heç bir söz deməyəcəyini vurğulayıb: “Bu inam ömrümün ən böyük qazancıdır. Nəsibə paylaşdığı statusun böhtan olduğunu anlayıb, fakt qarşısında qalaraq statusunu silib, lakin əgər o özünü şair hesab edirsə, gərək, "məndən xahiş etdilər" kimi həlləm-qəlləm izahatlar verməkdənsə, öz böyük həmkarından üzr istəyəydi. Nə isə... Bu məsələdə mənə inamlarını bildirən əziz dostlar, hamınıza təşəkkür edirəm”.
Ukrayna, Rusiya, ABŞ nümayəndələri BƏƏ-də bir arada - 4 saata yaxın müzakirə aparılıb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Neftçi" "Zirə" ilə bacarmadı
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İspaniya Baş naziri Trampın dəvətini əlinin tərsi ilə geri çevirdi
131 məktəbə direktor təyin olunacaq
"Qalatasaray" 23 yaşlı futbolçunu heyətinə qatır
Rövşən Nəcəf FIFA prezidenti ilə görüşüb - Davosda
"Real" Arda Gülərə 90 milyon avro qiymət qoydu - "Satılsa, "Fənərbağça" 18 milyon qazanacaq"
500 MİLYON DOLLAR SƏRVƏTƏ SAHİB OLAN İLHAM RƏHİMOVUN HEYKƏLİ: niyə qoyuldu? - Maraqlı iddialar + FOTO
Baş İdarə rəisi vəzifədən azad olunub
Kamran Əsədov məhkəmə zalında həbs edildi - Rektor isə qaynını işdən uzaqlaşdırdı (YENİLƏNİB)
DÜNYANIN 20 ƏN GÜCLÜ ORDUSU: Türkiyə 9-cı sıradadır - SİYAHI
Türkiyədə məşhur aktyor və aktrisalar narkoman çıxdı - Test cavabları açıqlandı + SİYAHI
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"İmişli" - "Araz-Naxçıvan" oyununda qapılara 4 qol vurulub
Bakıda yanan evdə 2 nəfərin meyiti aşkarlandı
İran XİN başçısında Zelenskiyə sərt cavab: "Dünya təlxək klounlardan bezdi, utanmadan..."
CHP-li keçmiş bələdyyə sədrinə hökm oxundu - 6 il 3 ay həbs
AFFA liqalarda yeniliklər etməyə hazırlaşır
GENERAL MƏDƏT QULİYEV BOŞANIB - Açıqlama (Yenilənib)
İsrail ordusu 4 gün əvvəl girdiyi rayondan geri çəkilib - "350 evdə axtarış aparılıb"
Röya Ayxanın bir qardaşı da müğənni imiş... - VİDEO
ABŞ Səfirliyi Tramp-Əliyev görüşü haqqında məlumat yaydı
Xalq artistinin qardaşı oğlu müşavir vəzifəsindən azad edildi - Nazir əmr imzaladı (FOTO)
Türkiyə millisinin üzvü: "Yuventus"da xoşbəxtəm"
"Aston Villa" "Beşiktaş"ın hücumçusunu istəyir - 21 milyon avro və futbolçu təklif edilib
Bakıda eksternat imtahanlar elektron qaydada keçiriləcək
Azercell Azərbaycanda ISO/IEC 27701:2019 beynəlxalq sertifikatını əldə edən ilk şirkət oldu
Maliyyə Nazirliyi süni intellektin tətbiqi ilə bağlı işə başlayıb
"Qalatasaray" daha bir oyunçu ilə yollarını ayırır
Qarabağda yaşayan 10 erməni Ermənistana təhvil verilib
9 ay əvvəl vəzifəyə təyin edilən xanım çıxarıldı - "Dəmir Yolları”ndan yeni kadrlar gətirilib (FOTO)
Niyaməddin Musayevin qızı haqda maraqlı məlumatlar yayıldı: polkovnik, şöbə rəisi...
Sabahın hava proqnozu açıqlandı
Zaur Əkbər Avropaya mühacirətə yollanıb
Komitə sədri özünə yeni köməkçi götürüb - FOTO
SAHİBKARLIQ SAHƏSİNDƏ YOXLAMA: daha bir il qadağan olunacaq
65 yaşlı fəhlə binadan başına yük düşməsi nəticəsində ölüb
Zahid Oruc: "Sərhəd kəndlərin inkişafı ilə bağlı ayrıca dövlət proqramına ehtiyac var"
İranda aksiyada ölənlərin sayı 5 mini ötüb - Son məlumat yayıldı