Ermənistan təmsilçisinə qalib gələn Azərbaycanın MMA döyüşçüsü vətənə dönüb

img

28-06-2021 [18:01]


Qazaxıstanın Almatı şəhərindəki “Naiza Fighting Championship” turnirində Ermənistan təmsilçisi Varşan Gevorqyana qalib gələn Azərbaycanın MMA döyüşçüsü Elnar İbrahimov Vətənə qayıdıb.

Məlumata görə, Heydər Əliyev Beynəlxalq Aeroportunda 23 yaşlı idmançını yaxınları, dostları və idman ictimaiyyətinin nümayəndələri qarşılayıb.

Qeyd edək ki, Elnar İbrahimov keçirdiyi döyüşdə erməni rəqibini bütün raundlarda üstələyərək mütləq qələbə qazanıb. Bu, onun ümumilikdə 17-ci qələbəsi olub.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA