Avropa çempionatı: Niderland Çexiya yığmasına məğlub oldu - VİDEO

img

27-06-2021 [21:52]


Bu gün  Avropa çempionatında 1/8 final mərhələsinin növbəti oyunu çərçivəsində Niderlandla Çexiya yığmaları üz-üzə gəlib.

Mia.az xəbər verir ki, Macarıstanın paytaxtı Budapeştdəki "Puşkaş Arena"da oynanılmış görüş Çexiyanın qələbəsi ilə yekunlaşıb - 2:0.

Qolları Tomaş Holeş 68-ci və Patrik Şik 80-ci dəqiqədə vurub.

Beləliklə, iyulun 3-də Bakı Olimpiya Stadionunda keçiriləcək 1/4 final matçında Bakıda Danimarka və Çexiya yığmaları qarşılaşacaq.

Qeyd edək ki, günün son oyununda Belçika və Portuqaliya milli komandaları üz-üzə gələcək. İspaniyanın Sevilya şəhərində "Estadio La Cartuja" stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Baş hakim almaniyalı Feliks Brix olacaq. Mərhələni keçən kollektiv 1/4 finalda İtaliya ilə görüşəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA