AVRO-2020: İtaliya millisi rəqibini devirdi - VİDEO

img

27-06-2021 [08:55]


Futbol üzrə Avropa çempionatında 1/8 final mərhələsinin ikinci oyun günündə Londondakı "Uembli" stadionunda İtaliya və Avstriya milliləri üz-üzə gəlib.

Mia.az xəbər verir ki, oyunun əsas vaxtı qolsuz bitib.

Birinci əlavə vaxtda İtaliya yığması Frederiko Kyezanın 95-ci və Matteo Pessinanın 105-ci dəqiqədə vurduğu qollarla önə keçib. Avstriya millisi bu qollardan birinin əvəzini çıxa bilib. 114-cü dəqiqədə Saşa Kalayciç təsəlli qolunu vurub - 2:1.

Beləliklə, İtaliya yığması 1/4 finala yüksəlib.

Bu komanda növbəti mərhələdə Belçika - Portuqaliya cütünün qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, ilk 1/4 finalçı Uelsi 4:0 hesabı ilə yenən Danimarka olub.

 


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA