UEFA Almaniya - Macarıstan oyunu ilə bağlı intizam işi açdı

img

25-06-2021 [13:58]


UEFA Avropa çempionatının F qrupundakı Almaniya - Macarıstan maçındakı mümkün ayrıseçkiliklə bağlı intizam işi açıb.

Məlumata görə, Macarıstan dövlət himninin oxunması zamanı azarkeşlərdən biri Almaniya yığmasının geyimində və LGBT-nin rənglərini özündə əks etdirən göy qurşağı formasında bayraqla meydana qaçıb.

Avropa futbol qurumu məsələ ilə bağlı araşdırma aparılacağını bildirib.

Qeyd edək ki, qarşılaşma 2:2 hesablı heç-heçə ilə bitib. UEFA matçdan əvvəl "Alyans Arena"nın göy qurşağı rənglərində işıqlandırılmasını qadağan edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA