AVRO-2020: İsveç, İspaniya və Ukrayna 1/8 finalda - VİDEO

img

23-06-2021 [21:55]


Futbol üzrə Avropa çempionatının E qrupunda sonuncu turun oyunları keçirilib.

Məlumata görə, III turda İspaniya Slovakiya ilə üz-üzə gəlib.

Sevilya şəhərində "Estadio La Cartuja" stadionunda keçirilmiş qarşılaşma ispanların 5:0 hesablı qələbəsi ilə yekunlaşıb. İspaniyanın heyətində Alvaro Morata 12-ci dəqiqədə penaltidən yararlana bilməyib. 30-cu dəqiqədə slovakiyalı qapıçı Martin Dubravka avtoqol müəllifi olub. 45+3-cü dəqiqədə Emerik Laport, 56-cı dəqiqədə Pablo Sarabiya, 67-ci dəqiqədə isə Ferran Torres rəqibi məyus edib. 71-ci dəqiqədə isə Yuraj Kuçka topu öz qapısına vurub.

Xallarının sayını 5-ə çatdıran İspaniya qrup ikincisi kimi 1/8 final mərhələsinə vəsiqə qazanıb. Luis Enrikenin baş məşqçi olduğu kollektiv növbəti raundda Xorvatiya ilə üz-üzə gələcək.

Qrupun digər görüşündə İsveç Polşa ilə qarşılaşıb. Rusiyanın Sankt-Peterburq şəhərindəki oyun İsveçin 3:2 hesablı qələbəsi ilə bitib. İsveçin heyətində Emil Forsberq 2 və 59-cu dəqiqədə fərqlənib. Robert Levandovski 61-ci dəqiqədə fərqi azaldıb, 84-cü dəqiqədə isə bərabərlik qolunu vurub. 90+4-cü dəqiqədə Viktor Klasson oyunda son nöqtəni qoyub. İsveç 7 xalla qrup lideri kimi mərhələ adlayıb və komandanın rəqibi daha sonra bəlli olacaq.

Slovakiya E qrupunu 3 xalla üçüncü, Polşa isə 1 xalla 4-cü pillədə bitirib. Hər iki komanda qrupda qalıb.

Bu qrupdakı nəticələr C qrupunda mübarizə aparan Ukraynaya sərf edib. Andrey Şevçenkonun baş məşqçi olduğu komanda dörd ən yaxşı qrup üçüncüsündən biri kimi mərhələ adlayıb.

Avropa çempionatı

E qrupu, III tur

20:00. İsveç - Polşa - 3:2

Qollar: Emil Forsberq, 2. 59. Viktor Klasson, 90+4 - Robert Levandovski, 61. 84

Baş hakim: Maykl Oliver (İngiltərə)

Sankt-Peterburq, "Sankt-Peterburq Arena"

20:00. Slovakiya - İspaniya - 0:5

Qollar: Martin Dubravka (avtoqol), 30. Emerik Laport, 45+3. Pablo Sarabiya, 56. Ferran Torres, 67. Yuraj Kuçka (avtoqol), 71

Qeyri-dəqiq penalti: Alvaro Morata, 12

Baş hakim: Byörn Kuypers (Niderland)

Sevilya, "Estadio La Cartuja" stadionu

Xal durumu: İsveç - 7, İspaniya - 5, Slovakiya - 3, Polşa - 1

Report


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA