Rəsmi Bakıdan Qarabağla bağlı yaradılan üçtərəfli İşçi Qrupu barədə açıqlama: "Kifayət qədər səmərəli fəaliyyət göstərir"

img

23-06-2021 [13:58]


“Üçtərəfli İşçi qrupu Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan Baş naziri tərəfindən 11 yanvar 2021-ci il tarixində imzalanmış Bəyanata əsasən yaradılıb”.

Bunu bu gün Ağdam şəhərində səfərdə olan Baş nazirin müavini, İşçi qrupunun Azərbaycan tərəfdən həmsədri Şahin Mustafayev bildirib.

Baş nazirin müavini deyib ki, İşçi qrupu kifayət qədər səmərəli fəaliyyət göstərir: “Ermənistanda seçki olub, yeni hökumət formalaşır. Düşünürəm ki, yeni hökumət formalaşandan sonra İşçi qrupu fəaliyyətini davam etdirəcək. İndiyə qədər keçirilən görüşlərdə kifayət qədər konstruktiv yanaşma müşahidə olunub”/APA.

Digər xəbərlər
SON XƏBƏRLƏR