27 yaşlı oyunçu narkotiklə tutuldu

img

23-06-2021 [13:28]


Milli Basketbol Assosiasiyasında (NBA) çıxış edən "Los-Anceles Leykers"in müdafiəçisi Aleks Karuso saxlanılıb.

ESPN xəbər verir ki, 27 yaşlı oyunçunu marixuana saxladığı üçün Texas polisi tutub.

Karuso Texasda hava limanında təyyarəyə minməyə çalışıb. Basketbolçunun çantalarına baxış zamanı təxminən 56 qram marixuana tapılıb.

Qeyd edək ki, Aleks Karuso 2017-ci ildən "Los-Anceles Leykers"də oynayır. O, 2019/2020 mövsümündə NBA çempionu olub/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR