AŞPA COVID-19 pasportunun tətbiqi ilə bağlı qətnamə qəbul edib

img

22-06-2021 [15:14]


Avropa Şurası Parlament Assambleyası (AŞPA) "COVID-19 sertifikatları: fundamental hüquqların qorunması və hüquqi nəticələri" adlı qətnamə qəbul edib.

Məlumata görə, sənəddə COVID-19 pasportunun tətbiqi ilə bağlı qərar verən ölkələrin sayının artdığı qeyd olunub.

"AŞPA bu pasportların verilməsi zamanı hər bir şəxsin vəziyyətinə uyğun gələn fərqli münasibət göstərilməsinin ayrı-seçkiliyə aparıb çıxara biləcəyindən və beləliklə, bunun insan hüquqları və azadlığına mənfi təsir göstərə biləcəyindən narahatlığını bildirir. Bu səbəbdən AŞPA tovsiyə edir ki, şəxsi məlumatların qoruna bilməsi üçün COVID-19 pasportu sistemi aydın hüquqi əsaslara, hərtərəfli zəmanətə əsaslanmalıdır", - qətnamədə vurğulanıb.

Sənəddə bildirilib ki, pandemiya başa çatdıqdan sonra sistemdəki məlumatlardan sui-istifadə olunmaması üçün ciddi nəzarət yaradılmalıdır: Eyni zamanda COVID-19 pasportu verilərkən görülən tədbirlər Avropa Şurasının şəxsi məlumatlar və şəxsi həyata dair hüquqi normalarına uyğun şəkildə həyata keçirilməlidir"/Report


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA