Prezident xüsusi, hərbi və diplomatik rütbələrlə bağlı yeni fərman verdi 

img

21-06-2021 [17:25]


Prezident İlham Əliyev “Xüsusi, hərbi və diplomatik rütbələrin ixtisas dərəcələri ilə qarşılıqlı uyğunlaşdırılması Qaydası”nın təsdiq edilməsi haqqında fərman imzalayıb.

Mia.az xəbər verir ki, “Xüsusi, hərbi və diplomatik rütbələrin ixtisas dərəcələri ilə qarşılıqlı uyğunlaşdırılması Qaydası” təsdiq edilib.

Bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş Qaydanın 2.3-cü və 2.5-ci bəndləri 2021-ci il noyabrın 1-dən qüvvəyə minir.

Nazirlər Kabineti bu fərmandan irəli gələn məsələləri həll etməlidir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA