XİN başçısı: "Mərkəzi Asiya və Çinlə əməkdaşlıq potensialı mövcuddur”

img

19-06-2021 [13:16]


“Cənubi Qafqaz bölgəsi üçün region hüdudlarından kənarda - Mərkəzi Asiya və Çinlə əməkdaşlıq potensialı mövcuddur”.

Bunu Gürcüstanın xarici işlər naziri David Zalkaliani Antalya Diplomatiya Forumunda “Cənubi Qafqaz: Regional sülh və əməkdaşlıq üçün yeni imkanlar” mövzusuna həsr olunan paneldə çıxışında deyib.

O bildirib ki, bu cür əməkdaşlığın artıq praktiki nümunələri var: “Bu yaxınlarda Batumidə yeni terminal açıldı. Həmin layihə Azərbaycan, Gürcüstan, Özbəkistan və ABŞ arasında çox yaxşı əməkdaşlığın nəticəsi oldu. Bu cür potensiallı layihələr olduqca çoxdur və onlar inkişaf etdirilə bilər. Layihələrdən biri Qara dənizdə sualtı elektrik xətlərinin çəkilməsi ilə bölgəmizin Avropa ilə əlaqələndirilməsi ilə bağlıdır”/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR