Dövlət Komissiyası toplandı: nələr müzakirə olunub?

img

18-06-2021 [20:13]


Bu gün Baş nazir Əli Əsədovun sədrliyi ilə 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsini və aradan qaldırılmasını təmin etmək məqsədilə yaradılmış Dövlət Komissiyasının növbəti iclası keçirilib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, iclasda Komissiyanın üzvləri və təcavüzə məruz qalmış şəhər və rayonların icra hakimiyyəti başçıları iştirak ediblər.

İclas zamanı, dəymiş ziyanın aradan qaldırılması sahəsində indiyə qədər görülmüş işlərə dair məlumatlar dinlənilib, konkret istiqamətlər və işlərin sürətləndirilməsinə dair tapşırıqlar verilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA