MMC-lərlə bağlı yeni təkliflər hazırlanır 

img

18-06-2021 [12:20]


Auditorlar Palatası Şurasının videokonfrans formatında növbəti iclası keçirilib.

Mia.az Palataya istinadən xəbər verir ki, Şura üzvlərinin və Şura yanında Komitə sədrlərinin iştirak etdiyi videokonfransda aşağıdakı məsələlər müzakirə edilib, müvafiq qərarlar qəbul edilib:

1. “Auditor xidməti haqqında” qanunda dəyişiklik edilməsi;

2. İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi;

3. “Auditorun peşə məsuliyyətinin icbari sığortası haqqında” qanunda dəyişiklik edilməsi;

4. MMC-lərin illik maliyyə hesabatlarının müvafiq dövlət qurumuna təqdim edilməsi və dövrü mətbuatda, internet səhifələrində dərc edilməsinin icbariliyi;

5. Şura yanında Keyfiyyətə nəzarət və keyfiyyətin idarəedilməsi üzrə komitənin 29 aprel 2021-ci tarixli 1 nömrəli protokolunun müzakirəsi;

6. “Auditor təşkilatında daxili nəzarətin təşkili və həyata keçirilməsi üzrə Metodik Göstəriş”in layihəsi;

7. Şura yanında Keyfiyyətə nəzarət və keyfiyyətin idarəedilməsi üzrə komitənin müfəttişlərinin siyahısında dəyişiklik edilməsi.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA