Azercell-in “Uşaq Qaynar Xətt”inə 5 ay ərzində 2 mindən çox müraciət daxil olub
17-06-2021 [17:29]
Ölkəmizin parlaq gələcəyi üçün bu gün uşaqların sağlam mühitdə böyüməsi əsas şərtlərdən biridir. Təəssüf ki, hər bir cəmiyyətdə təzyiqlə üzləşən, sıxılan, hüquqları pozulan uşaq və yeniyetmələrə rast gəlmək olur.
Mia.az-ın məlumatına görə, on bir ildən artıqdır ki, Azercell-in, UNİCEF Azərbaycanın və “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin birgə əməkdaşlığı ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətt” xidmətinin əsas məqsədi məhz müxtəlif çətinliklərlə üzləşən uşaqlara təmənnasız kömək etməkdir. Yarandığı ilk gündən etibarən bu xidmətin əməkdaşları həmyaşıdları ilə problem yaşayan, psixoloji və mənəvi yardıma ehtiyacı olan uşaqlara dəstək verir, onların sosial mühitə uyğunlaşmalarına yardım edir.
Xidmət cari ilin yanvar-may ayları ərzində 2386 müraciəti cavablandırıb. Müxtəlif sahələrlə bağlı daxil olan zənglərin böyük qismi (793 müraciət) təhsil sahəsinə aid olub. Beş ay ərzində qaynar xəttin ekspertləri hüquqi prosedurlara dair 481 müraciət qəbul ediblər. Yerdə qalan zənglər psixoloji (340 müraciət), sosial (236 müraciət), səhiyyə (137 müraciət) və digər məsələlərlə əlaqədar (399 müraciət) yardım istəyi olub.
“Uşaq Qaynar Xətt” xidmətinə yalnız uşaqlar deyil, onların valideynləri və yaxınları da müraciət edir. Belə ki, yanvar-may aylarında mərkəzə daxil olan zənglərin 1772-si 18 yaşdan yuxarı, 506-sı isə uşaq və yeniyetmələr tərəfindən edilib. Yardım istəyənlərin 1203 nəfəri qadın, 1075- i kişi olub. Həmçinin mərkəzə sosial şəbəkələr üzərindən anonim formada müraciətlər edənlər də olub. Son 5 ay ərzində qaynar xətt tərəfindən 34 ailə ilə görüş həyata keçirilib, 94 sosial-psixoloji reabilitasiya işi aparılıb.
Qeyd edək ki, bu ilin ilk 5 ayı ərzində “Azərbaycan Uşaq Qaynar Xətt” xidməti tərəfindən onlayn vebinar və canlı yayımlar təşkil edilib. “Yeniyetməlik dövrünün
psixoloji və fizioloji aspektləri” mövzusunda canlı yayım, yeniyetmə və gənclər üçün “İntihara son deyək!”, “Özünü yalnız hissetmə sindromu” vebinarları sosial şəbəkə istifadəçiləri tərəfindən maraqla qarşılanıb.
Bu müddət ərzində uşaq və yeniyetmələr üçün “Klinik Müsahibələr”, eləcə də "Uşaqlar və Ailələrlə sosial iş və reabilitasiyanın təşkili" təlimləri baş tutub. “Uşaq Qaynar Xətt” xidmətinin iştirakı ilə həm də ZOOM platformasında uşaq zorakılığına qarşı mübarizəyə həsr olunmuş 10 günlük beynəlxalq təlim keçirilib. Həmçinin sosial şəbəkələr üzərindən maarifləndirmə kampaniyaları da davam etdirilib.
Xatırladaq ki, 2017-ci ildə Azercell şirkətinin təşəbbüsü və dəstəyi ilə “Uşaq Qaynar Xətt” xidmətinin İOS və Android əməliyyat sistemləri üçün nəzərdə tutulan mobil tətbiqləri də istifadəyə verilib. “Azərbaycan Uşaq Qaynar Xətt”xidmətinə 24 saat xidmət göstərən 116111 qısa nömrəsi, +994 50 680 22 80, +994 51 580 22 80, +994 51 880 11 80, +994 51 880 22 80 mobil nömrələri, elektron poçt, Facebook və Instagram sosial şəbəkələri, mərkəzin saytındakı canlı çat və “uşaqqaynarxetti” mobil əlavəsi vasitəsilə müraciət etmək olar.
Şəmşad Ağa anasının dəfn mərasiminə buraxıldı - QƏRAR
"ABU-nun saxta diplomlu "məzunu" onu Xidmət rəisi təyin etdirdi..." - Jurnalist jurnalistin statusuna elə şərh yazdı ki... (FOTOLAR)
Daha üç nəfər dəm qazından zəhərlənib (Yenilınib)
Məhkəmənin qərarı olmadan axtarış aparılması... - Cinayət-Prosessual Məcəlləsi dəyişir
Maştağada istixanadan oğurluq edənlər saxlanıldı
ZƏNGİLANIN BU KƏNDİNƏ NÖVBƏTİ KÖÇ OLDU
İsrail İran və müttəfiqlərinin hücumuna hazırlaşır
Xameneinin müşaviri müxtəlif dillərdə paylaşım etdi, bir neçə ölkəni hədələdi: "Görünməmiş cavab olacaq"
İran XİN başçısı ABŞ-a "dialoq əli" uzatdı: "Razılaşmaya hazırıq"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Aİ ilə Azərbaycan arasında mühim məsələlər müzakirə olunub
FED faiz dərəcəsini dəyişmədi
"Azərpoçt”un maşını qəza törətdi
Kremldən Ukrayna və ABŞ-la yeni danışıqlar barədə - Açıqlama
Türkiyənin prezidenti kim olsun? - 26 şəhərdə SORĞU
Kiprli Baş məşqçi: ""Fənərbağça" güclü komandadır"
Prezident İlham Əliyev sərəncam imzalayıb - Xaqani Şirvani ilə bağlı
TikTok"da söyüş söyən musiqiçi həbs olunub
AGENTLİK SƏDRİNİN MAAŞI AÇIQLANDI - Ayda 19500 manat (VİDEO)
Şəmşad Ağanın anası vəfat edib
Məmurlar Naz Lifana minsin! - Eynulla Fətullayev yazır
Əkrəm Əylisli: "Qorxuram ki, evdən çıxaram, küçədə yıxılaram"
İcra başçısının müavini vəzifədən çıxarıldı
AHİK-də dəyişiklik - Mikayıl Cabbarovun müşavirinin əvəzlədiyi aparat rəhbərinə yeni vəzifə verildi (YENİLƏNİB)
Ceyhun Bayramov Çin XİN başçısı ilə görüşüb - Açıqlama (Yenilənib)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
TRAMP İRANA AÇIQ ŞƏKİLDƏ VAXT QOYDU: "Zaman daralır, anlaşın, yoxsa daha ağır zərbə vurulacaq"
Sabah Bakıda yağıntı intensivləşəcək - Xəbərdarlıq
İlqar Mirzəyev vəzifədən azad edilib
Ayrılığın Büstü...
Hakan Fidan Səudiyyə Ərəbistanı XİN başçısı ilə müzakirə aparıb
Sahibə Qafarova Oman Sultanlığına gedib - FOTO
Yeni vergi güzəştləri olacaq
DEPUTATLAR TOPLANIR: hansı qanunlar müzakirə olunacaq? - SİYAHI