Xaricdə təhsil almaq hüququ qazanan şəxslərin sayı açıqlanıb

img

17-06-2021 [14:57]


2020-2021-ci tədris ilində xaricdə təhsil almaq hüququ qazanan şəxslərin sayı açıqlanıb.

Mia.az xəbər verir ki, həmin tədris ilində Hökumətlərarası Təqaüd proqramları çərçivəsində Macarıstanda 193, Çində 20, Rumıniyada 5, Rusiya Federasiyasında 5, Latviyada 8, Qazaxıstanda 3, ümumilikdə isə 234 nəfər xaricdə təhsil almaq hüququ qazanıb.

Eyni zamanda 2020-2021-ci tədris ili üzrə Azərbaycanın ali və orta ixtisas təhsil müəssisələrində 89 ölkədən 6 500-ə yaxın əcnəbi və vətəndaşlığı olmayan şəxs təhsil alıb. Tələbələr əsasən Türkiyə, İran, Gürcüstan, Rusiya, İraq, Nigeriya, Türkmənistan, Hindistan, Pakistan və digər ölkələri təmsil edir.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA