Azərbaycanın tanınmış cərrahı İlizarov Mərkəzinin Fəxri Professoru seçilib - FOTOLAR

img

18-06-2021 [18:18]


Azərbayanın tanınmış cərrahı, psofessor Qələndər Canbaxışov Rusiya Federasiyasının Kurqan şəhərində akademik Q.A. İlizarov adına Milli Tibbi Tədqiqat Travmatologiya və Ortopediya Mərkəzinin fəxri professoru seçilib.

Məlumata görə, 15-18 iyun 2021-ci ildə Rusiya Federasiyasının Kurqan şəhərində akademik Q.A. İlizarov adına Milli Tibbi Tədqiqat Travmatologiya və Ortopediya Mərkəzində (Q. A. İlizarov Mərkəzi) görkəmli alim, dünya şöhrətli həkim travmatoloq -ortoped, akademik Q.A. İlizarovun anadan olmasının 100 illiyinə həsr olunmuş təntənəli konfrans keçirilib.

Həmin konfransda Q.A. İlizarov Mərkəzinin Elmi Şurasında 03 mart 2021-cil ildə yekdilliklə Fəxri Professor seçilmiş Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya institutunun travma şöbəsinin elmi rəhbəri, əməkdar həkim, tibb üzrə elmlər doktoru, professor Qələndər Surxay oğlu Canbaxışova Fəxri Professor adının simvolları təqdim edilib/Pia.az.

img img img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA