İqtisad Universitetində daha bir prorektor postu yaradıldı
17-06-2021 [11:37]
İqtisad Universitetində (UNEC) Elmi Şuranın növbəti iclası keçirilib.
Mia.az UNEC-ə istinadla xəbər verir ki, şurada Tədris və təlim texnologiyaları üzrə prorektor dosent Anar Rzayev IV modul üzrə imtahanların hazırlıq vəziyyəti haqqında məlumat verib. Bildirilib ki, UNEC-də və Zaqatala filialında əyani təhsilalma forması üzrə yaz semestrinin imtahan sessiyasının keçirilmə müddəti 17 iyun-03 iyul tarixinədək müəyyən edilib. Əyani təhsilalma forması üzrə bütün fənlərdən test üsulu ilə keçiriləcək imtahanların cədvəli, eləcə də məxfi testlərlə keçirilməsi nəzərdə tutulmayan fənlər üzrə yenilənmiş test sualları tələbələrin şəxsi kabinetlərinə göndərilib. IV modul imtahanları (qabiliyyət fənləri istisna olmaqla) distant formada, proktorinq tətbiq edilməklə test üsulunda keçiriləcək. Bakalavriat səviyyəsində əyani və qiyabi təhsilalan tələbələrin istehsalat təcrübə nəticəsi də daxil olmaqla hesablanmış ÜOMG-si, onların Yekun Dövlət Attestasiyası imtahanının və ya buraxılış işinin müdafiəsinin qiyməti kimi qəbul ediləcək. ÜOMG-nin nəticəsi ilə razı olmayan tələbələrin ərizələri əsasında onlar üçün YDA və ya buraxılış işinin müdafiələri təşkil ediləcək.
Sessiya dövründə tələbələrə imtahanqabağı məsləhət saatları da təşkil olunacaq. Tələbələrin müraciətlərinin operativ şəkildə araşdırılması və cavablandırılması məqsədilə virtual imtahan qərargahı fəaliyyət göstərəcək. Rektorun və UNEC İctimai Nəzarət Şurasının üzvlərinin iştirakı ilə hər həftə “Açıq qapı” günləri keçiriləcək.
Şurada UNEC Fasiləsiz Təhsil Mərkəzinin əsasnaməsi də təsdiqlənib. Bildirilib ki, FTM dinləyiciləri orta ümumtəhsil məktəblərinin buraxılış, ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyəsinə qəbul imtahanlarına, eləcə də dövlət orqanları tərəfindən həyata keçirilən müxtəlif imtahanlara hazırlayacaq. Müxtəlif peşə hazırlığı kursları, korporativ təhsil proqramları, o cümlədən mini ixtisas, yaşlılar üçün müxtəlif təhsil proqramları və s. təşkil edəcək.
Daha bir yenilik isə UNEC-də Rəqəmsallaşdırma üzrə prorektor vəzifəsinin yaradılması barədə olub. Yeni qərar şura üzvləri tərəfindən təsdiq edilib.
Sonra iqtisadi məsələlər üzrə prorektor dosent Mikayıl Zeynalov 2020-ci ildə UNEC-in maliyyə təsərrüfat fəaliyyətinin nəticələri haqqında hesabatla çıxış edib. Qeyd olunub ki, hesabat dövründə, əmək haqlarının vaxtlı-vaxtında ödənilməsi təmin edilib, əməkdaşlara və təhsilalanlara müraciətləri əsasında birdəfəlik maddi yardımlar verilib, bayram münasibətilə əməkdaşlara pul mükafatları təqdim olunub. UNEC-də tədrisin təşkilində səmərəliliyi daha da artırmaq məqsədilə maddi-texniki baza gücləndirilib, proqram təminatı daha da təkmilləşdirilib, o cümlədən kitabxanaya yeni kitablar alınaraq fondu zənginləşdirilib. 2019-cu ildən inşaasına başlanılan UNEC-in 3-cü tədris binasının tikintisi və həmin ərazidə abadlıq işləri başa çatdırılaraq istifadəyə verilib. Hesabat dinlədildikdən sonra elmi şura üzvləri tərəfindən qəbul edilib.
Şuranın qərarı ilə Elmi fəaliyyətin təşkili və idarəolunması departamentinin əsasnaməsinə də əlavələr və dəyişiklik edilib.
Elmi Şura cari məsələlərin müzakirəsi ilə davam edib.
Rusiyadda bakalavriat və magistratura ləğv edilir
"Changan"dan şikayətlər artır - Bəs ekspert nə deyir?
Deputat yenə cəza və cərimə tələb edən nazir müavininə qəzəbləndi: "İnsanlar boğaza yığılıblar"
Ordu və polis müvəqqəti prezidenti "Sədaqət andı" içdi - "Komandir əsası" təqdim olundu
"Balkonlardan tullanmayın" - Qapçının qolu ilə pley-offa yüksələn "Benfika"nın Baş məşqçisi kimə replika atdı?
Türklər parçalananda Rusiya böyüyür, birləşəndə kiçilir - Bu, tarix boyu təkrarlanan geosiyasi qanundur (təhlil)
"Qardaşım vəfat etməyib" - Əhəd Abıyev
Kəmaləddin Heydərov yeni təyinata imza atıb
Etibar Əhmədov vəzifədən azad olunub
Şəmşad Ağa anasının dəfn mərasiminə buraxıldı - QƏRAR
"ABU-nun saxta diplomlu "məzunu" onu Xidmət rəisi təyin etdirdi..." - Jurnalist jurnalistin statusuna elə şərh yazdı ki... (FOTOLAR)
Daha üç nəfər dəm qazından zəhərlənib (Yenilınib)
Məhkəmənin qərarı olmadan axtarış aparılması... - Cinayət-Prosessual Məcəlləsi dəyişir
Maştağada istixanadan oğurluq edənlər saxlanıldı
ZƏNGİLANIN BU KƏNDİNƏ NÖVBƏTİ KÖÇ OLDU
İsrail İran və müttəfiqlərinin hücumuna hazırlaşır
Xameneinin müşaviri müxtəlif dillərdə paylaşım etdi, bir neçə ölkəni hədələdi: "Görünməmiş cavab olacaq"
İran XİN başçısı ABŞ-a "dialoq əli" uzatdı: "Razılaşmaya hazırıq"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Aİ ilə Azərbaycan arasında mühim məsələlər müzakirə olunub
FED faiz dərəcəsini dəyişmədi
"Azərpoçt”un maşını qəza törətdi
Kremldən Ukrayna və ABŞ-la yeni danışıqlar barədə - Açıqlama
Türkiyənin prezidenti kim olsun? - 26 şəhərdə SORĞU
Kiprli Baş məşqçi: ""Fənərbağça" güclü komandadır"
Prezident İlham Əliyev sərəncam imzalayıb - Xaqani Şirvani ilə bağlı
TikTok"da söyüş söyən musiqiçi həbs olunub
AGENTLİK SƏDRİNİN MAAŞI AÇIQLANDI - Ayda 19500 manat (VİDEO)
Şəmşad Ağanın anası vəfat edib
Məmurlar Naz Lifana minsin! - Eynulla Fətullayev yazır
Əkrəm Əylisli: "Qorxuram ki, evdən çıxaram, küçədə yıxılaram"
İcra başçısının müavini vəzifədən çıxarıldı
AHİK-də dəyişiklik - Mikayıl Cabbarovun müşavirinin əvəzlədiyi aparat rəhbərinə yeni vəzifə verildi (YENİLƏNİB)
Ceyhun Bayramov Çin XİN başçısı ilə görüşüb - Açıqlama (Yenilənib)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı