33 yaşlı məhkum həbsxanada necə intihar edib? 

img

12-06-2021 [18:04]


Bakıda cəzaçəkmə müəssisəsində intihar hadisəsi baş verib.

Məlumata görə, 11 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən 33 yaşlı Famil Məmmədov özünü dəmir barmaqlılqardan iplə asıb.

Nəticədə o, yerindəcə dünyasını dəyişib.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, F.Məmmədov 2016-cı ildə Gəncə şəhəri, Adilxan Ziyadxanov küçəsi, bina 39, mənzil 70 ünvanında şəhər sakini Səadət Verdiyevanı bıçaqla qətlə yetirmişdi/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR