QARABAĞLA BAĞLI DİPLOMATİK SAVAŞ: Lavrov Fransa və Almaniya XİN başçılarına hansı mesajı verdi?

img

07-06-2021 [23:11]


Rusiya xarici işlər naziri Sergey Lavrov fransalı və almaniyalı həmkarları Jan iv Lö Drian və Hayko Maasla telefonla danışıb.

Rusiya XiN-in mətbuat xidmətinin verdiyi məlumata görə, xarici siyasət idarələrinin rəhbərləri Azərbaycan-Ermənistan sərhədindəki və Dağlıq Qarabağ ətrafındakı vəziyyəti, həmçinin, Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 9 noyabr 2020-ci il tarixli və 11 yanvar tarixli bəyanatlarının müddəalarının yerinə yetirilməsinin gedişaatını müzakirə ediblər.

Atəşkəs rejiminə ciddi riayət olunmasının, eləcə də ortaya çıxan fikir ayrılıqlarının siyasi və diplomatik yolla həllinin vacibliyi vurğulanıb.

Nazirlər ATƏT-in Minsk qrupunun Azərbaycan və Ermənistan arasında danışıqlar prosesindəki rolunu təsdiqləyiblər.

Rusiya tərəfindən qeyd edilib ki, beynəlxalq təşkilatların danışıqlar prosesində hər hansı bir iştirakı yalnız Bakı və İrəvanın razılığı ilə mümkündür/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA