Paşinyan Sarkisyanı qumbarbazlıqda ittiham etdi, maraqlı replika atdı: "Monte-Karlodakı kazinoda uduzsaydın, özünü güllələyərdinmi?”

img

07-06-2021 [13:39]


Ermənistan sabiq prezidenti Serj Sarkisyanın Qarabağ savaşındakı məğlubiyyətlə bağlı Paşinyana "Sənin yerinə olsaydım, and içirəm ki, özümü güllələyərdim” mesajına qarşı tərəfdən cavab gecikməyib.

Mia.az Ermənistan mətbuatına istinadla xəbər verir ki, Paşinyan Sarkisyanı korrupsiyada, yararsız silah almaqda ittiham etməklə kifayətlənməyib, o, sabiq prezident, eyni zamanda, Baş naziri qumarbazlıqda ittiham edib: "Onun (Sarkisyanıı nəzərdə tutur - Mia.az) nəzərinə çatdırım ki, Ermənistanın son 10 ildə aldığı silah-sursatın 75 faizi məhz son üç ildə mənim hökumətimin vaxtında alınıb. Onun dövründə isə vəsaitlər havaya sovurulub, mənimsənilən pullar kazinoalarda xərclənib. Ona görə deyirəm: əsgərlərdən oğurlanan milyonları Monte-Karlodakı kazinoda uduzsaydın, özünü güllələyərdinmi?”

Paşinyan, bununla kifayətlənməyib, o, əsas rəqibləri sayılan Koçaryanla Ter-Petrosyanı da yenə açıq debata dəvət edib.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA