Sahibə Qafarova Pakistanda: "Ermənistan sərhəddə təxribatlar törədir"
04-06-2021 [19:38]
Pakistanda rəsmi səfərdə olan Milli Məclisin Sədri Sahibə Qafarova iyunun 4-də Pakistan İslam Respublikası Senatının Sədri Məhəmməd Sadiq Sancrani ilə görüşüb.
Mia.az Milli Məclisə istinadla xəbər verir ki, Azərbaycan parlamentinin nümayəndə heyətini ehtiramla qarşılayan Pakistan Senatının Sədri Məhəmməd Sadiq Sancrani ölkələrimiz arasında tarixən formalaşmış və Azərbaycanın müstəqilliyi dövründə daha da möhkəmlənmiş əlaqələrdən söz açıb. Qeyd edib ki, Pakistan Azərbaycan Respublikasının dövlət müstəqilliyini ilk tanıyan ölkələrdən biridir. İki ölkənin dövlət və hökumət başçılarının, parlament rəhbərlərinin qarşılıqlı rəsmi və işgüzar səfərləri zamanı imzalanan sənədlər çoxtərəfli əməkdaşlıq əlaqələrinin qurulması üçün lazımi hüquqi baza yaradıb. Beynəlxalq təşkilatlar çərçivəsində keçirilən görüşlərdə aparılan yüksək səviyyəli siyasi dialoq ən müxtəlif sahələrdə münasibətlərimizin inkişafına və əlaqələrimizin möhkəmlənməsinə müsbət təsir göstərib.
2020-ci ildə Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsindən böyük sevinc və qürur duyduqlarını bildirən Məhəmməd Sadiq Sancrani bir daha təbriklərini Sahibə Qafarovaya çatdırıb. O deyib ki, Pakistan Dağlıq Qarabağı və ətraf əraziləri işğal etdiyinə görə Ermənistanı dövlət kimi tanımır və onunla diplomatik əlaqələr qurmayıb. Pakistan hər zaman Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib, bundan sonra da dəstəkləyəcək.
Azərbaycan haqqında xoş sözlərə görə minnətdarlığını bildirən Milli Məclisin Sədri Sahibə Qafarova səfər çərçivəsində keçirilən bütün tədbirlərin, o cümlədən, İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının İkinci Ümumi Konfransının çox yüksək səviyyədə təşkil edildiyini vurğulayıb.
Sahibə Qafarova diqqətə çatdırıb ki, hazırkı səfər onun Azərbaycan Respublikası Milli Məclisinin Sədri olaraq Pakistan İslam Respublikasına ilk rəsmi səfəridir. Milli Məclis Pakistan İslam Respublikasının Senatı və Milli Assambleyası ilə ikitərəfli və çoxtərəfli formatda münasibətlərin inkişafında və daha da möhkəmlənməsində maraqlıdır.
Spiker qeyd edib ki, ölkələrimiz arasında mövcud olan strateji tərəfdaşlığın səviyyəsi əlaqələrimizin inkişafına geniş imkanlar yaradır. Azərbaycan-Pakistan münasibətlərinin möhkəmlənməsində dövlət başçılarının xüsusi rolu var.
Sahibə Qafarova Heydər Əliyev Fondunun dəstəyi ilə Pakistanda həyata keçirilən sosial-humanitar layihələrdən söz açıb, xeyirxah əməllərinə görə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın illər öncə Pakistanın ali ordeni ilə təltif olunduğunu məmnunluqla qeyd edib.
Görüşdə Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində qazandığı Zəfərdən iftixarla söz açan Milli Məclisin Sədri Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzun şücaəti sayəsində Ermənistanın 30 illik işğalına son qoyulduğunu, Azərbaycanın BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini yerinə yetirərək öz ərazi bütövlüyünü bərpa etdiyini, Dağlıq Qarabağ münaqişəsinin artıq tarixə qovuşduğunu, Xocalı soyqırımını törədən işğalçıların kapitulyasiya aktına imza atmaq məcburiyyətində qaldıqlarını diqqətə çatdırıb. Bildirib ki, torpaqlarımız işğaldan azad olunduqdan sonra Qarabağda bərpa və quruculuq işləri başlayıb. Lakin Ermənistan bu işə mane olur, minalanmış ərazilərin xəritələrini vermir, sərhəddə təxribatlar törədir, işğaldan azad olunmuş ərazilərimizə terroristlərin keçməsinə şərait yaradır. Ermənistanın minalanmış ərazilərin xəritələrini verməməsinə görə hərbçilərlə yanaşı mülki şəxslər də həlak olur və ya zərər çəkir.
Söhbət zamanı Sədr S.Qafarova Vətən müharibəsi dövründə Pakistan parlamentinin bəyanat və qətnamələr qəbul edərək prinsipial mövqe nümayiş etdirməsini, qardaş Pakistan hökuməti tərəfindən Azərbaycanın beynəlxalq hüquqa əsaslanan ədalətli mövqeyinə qətiyyətli dəstək verilməsini, Pakistan xalqının mənəvi dəstəyini xalqımızın çox yüksək qiymətləndirdiyini bildirib.
Söhbət zamanı parlamentlərarası əlaqələrimizin inkişaf perspektivləri ətraflı müzakirə olunub, beynəlxalq parlament qurumları çərçivəsində əməkdaşlığın, eləcə də ikitərəfli siyasi, iqtisadi, ticarət, mədəni əməkdaşlığın genişləndirilməsi vacibliyi vurğulanıb.
Sonra Milli Məclisin Sədri Sahibə Qafarova parlamentlərarası münasibətlərimizin inkişafındakı xidmətlərinə görə Pakistan Senatının Sədri Məhəmməd Sadiq Sancraniyə Milli Məclisin Fəxri Medalını təqdim edib.
Görüşdən sonra Spiker Sahibə Qafarova Pakistan Senatının Xatirə Kitabına ürək sözlərini yazıb.
Ukrayna, Rusiya, ABŞ nümayəndələri BƏƏ-də bir arada - 4 saata yaxın müzakirə aparılıb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Neftçi" "Zirə" ilə bacarmadı
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İspaniya Baş naziri Trampın dəvətini əlinin tərsi ilə geri çevirdi
131 məktəbə direktor təyin olunacaq
"Qalatasaray" 23 yaşlı futbolçunu heyətinə qatır
Rövşən Nəcəf FIFA prezidenti ilə görüşüb - Davosda
"Real" Arda Gülərə 90 milyon avro qiymət qoydu - "Satılsa, "Fənərbağça" 18 milyon qazanacaq"
500 MİLYON DOLLAR SƏRVƏTƏ SAHİB OLAN İLHAM RƏHİMOVUN HEYKƏLİ: niyə qoyuldu? - Maraqlı iddialar + FOTO
Baş İdarə rəisi vəzifədən azad olunub
Kamran Əsədov məhkəmə zalında həbs edildi - Rektor isə qaynını işdən uzaqlaşdırdı (YENİLƏNİB)
DÜNYANIN 20 ƏN GÜCLÜ ORDUSU: Türkiyə 9-cı sıradadır - SİYAHI
Türkiyədə məşhur aktyor və aktrisalar narkoman çıxdı - Test cavabları açıqlandı + SİYAHI
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"İmişli" - "Araz-Naxçıvan" oyununda qapılara 4 qol vurulub
Bakıda yanan evdə 2 nəfərin meyiti aşkarlandı
İran XİN başçısında Zelenskiyə sərt cavab: "Dünya təlxək klounlardan bezdi, utanmadan..."
CHP-li keçmiş bələdyyə sədrinə hökm oxundu - 6 il 3 ay həbs
AFFA liqalarda yeniliklər etməyə hazırlaşır
GENERAL MƏDƏT QULİYEV BOŞANIB - Açıqlama (Yenilənib)
İsrail ordusu 4 gün əvvəl girdiyi rayondan geri çəkilib - "350 evdə axtarış aparılıb"
Röya Ayxanın bir qardaşı da müğənni imiş... - VİDEO
ABŞ Səfirliyi Tramp-Əliyev görüşü haqqında məlumat yaydı
Xalq artistinin qardaşı oğlu müşavir vəzifəsindən azad edildi - Nazir əmr imzaladı (FOTO)
Türkiyə millisinin üzvü: "Yuventus"da xoşbəxtəm"
"Aston Villa" "Beşiktaş"ın hücumçusunu istəyir - 21 milyon avro və futbolçu təklif edilib
Bakıda eksternat imtahanlar elektron qaydada keçiriləcək
Azercell Azərbaycanda ISO/IEC 27701:2019 beynəlxalq sertifikatını əldə edən ilk şirkət oldu
Maliyyə Nazirliyi süni intellektin tətbiqi ilə bağlı işə başlayıb
"Qalatasaray" daha bir oyunçu ilə yollarını ayırır
Qarabağda yaşayan 10 erməni Ermənistana təhvil verilib
9 ay əvvəl vəzifəyə təyin edilən xanım çıxarıldı - "Dəmir Yolları”ndan yeni kadrlar gətirilib (FOTO)
Niyaməddin Musayevin qızı haqda maraqlı məlumatlar yayıldı: polkovnik, şöbə rəisi...
Sabahın hava proqnozu açıqlandı
Zaur Əkbər Avropaya mühacirətə yollanıb
Komitə sədri özünə yeni köməkçi götürüb - FOTO
SAHİBKARLIQ SAHƏSİNDƏ YOXLAMA: daha bir il qadağan olunacaq
65 yaşlı fəhlə binadan başına yük düşməsi nəticəsində ölüb
Zahid Oruc: "Sərhəd kəndlərin inkişafı ilə bağlı ayrıca dövlət proqramına ehtiyac var"
İranda aksiyada ölənlərin sayı 5 mini ötüb - Son məlumat yayıldı