"Bakcell" və "ASAN Məktub" növbəti dəfə uşaqların arzularını həyata keçirib - FOTOLAR

img

31-05-2021 [13:15]


“Bakcell” və ASAN könüllüləri Tovuz rayonunun bir neçə kəndində yaşayan aztəminatlı və şəhid ailələrdən olan uşaqları “Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə təbrik edib.

“Bakcell”dən Mia.az-a verilən məlumata görə, “ASAN Könüllüləri” Təşkilatının “ASAN Məktub” sosial proqramı çərçivəsində həyata keçirilən təşəbbüsün əsas məqsədi həssas qruplara aid olan uşaqlara sevinc bəxş etmək, cəmiyyətdə sosial məsuliyyət və qayğı hissini daha da artırmaqdır. 

http://www.asanmektub.az saytına məktub göndərən 20 nəfər uşağa “Bakcell” və “ASAN Məktub” sosial proqramı tərəfindən oyuncaqlar və məktəb ləvazimatları hədiyyə olunub.

Uzunmüddətli tərəfdaşlıq sayəsində “Bakcell” və “ASAN Məktub” bir çox bayramlarda uşaqları sevindirən çoxsaylı layihələr həyata keçirib.

Qeyd edək ki, “Bakcell” şirkəti sosial proqrama həmçinin mobil rabitə dəstəyi göstərir.

“Bakcell” xüsusi qayğıya ehtiyacı olan və həssas qruplara aid uşaqlara dəstək göstərilməsi, onlar üçün bərabər hüquqların və inklüziv təhsil imkanlarının təmin edilməsinə yönəlmiş bir çox layihələrdə fəal iştirak edir.

img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA