"Bakı Metropoliteni"ndən gediş haqqı ilə bağlı növbəti - Açıqlama

img

31-05-2021 [11:37]


“Bakı Metrosunda gediş haqqının müəyyən edilməsi Tarif (Qiymət) Şurasının səlahiyyətindədir.

Bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov son vaxtlar metroda geniş haqqının artacağı ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib: “Bu məlumatlar şaiyədir və əmin olun ki, Tarif Şurası müvafiq qərarı elan etməyənə qədər elə şaiyə olaraq qalacaq. Ümumiyyətlə "Bakı Metropoliteni"nin qiymətlərin tənzimlənməsində rolu olmur. Biz sadəcə Tarif Şurasına müraciət edə bilərik, amma hələlik belə bir müraciət yoxdur. Bu gündən sərnişindaşıma prosesinə qoşulmuşuq, nələrin baş verəcəyini isə gələcəkdə görəcəyik və ictimaiyyətə müvafiq məlumatları mütləq çatdıracağıq”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA