Gürcüstanın əsas müxalifət partiyası parlamentə getməyə qərar verdi

img

30-05-2021 [18:57]


Gürcüstanın müxalif Vahid Milli Hərəkat Partiyası (VMHP) parlamentdə təmsil olunacaq.

Bu barədə qərar partiyanın Siyasi Şurasının bu gün keçirilən iclasında qəbul edilib.

VMHP sədri Nika Meliya bildirib ki, partiya parlament seçkilərində əldə etdiyi mandatlardan istifadə etməyə qərar verib və bu, ən doğru qərardır.

Qeyd edək ki, müxalif partiya ötən ilin oktyabrında keçirilən parlament seçkilərinin nəticələrini tanımayaraq, qazandığı 30-dan çox deputat mandatından imtina etmişdi/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA