Naxçıvanda canavar sürüsü insanlara hücum edib - Yaralılardan yeni xəbər var

img

29-05-2021 [18:00]


Naxçıvanın Ordubad rayonunda canavar sürüsü insanlara hücum edib.

Məlumata görə, hadisə Yuxarı Əylif kəndində qeydə alınıb. Canavarların hücumu nəticəsində iki böyük, iki azyaşlı olmaqla ümumən 4 nəfər xəsarət alıb.

Naxçıvan təcili tibbi yardımdan Trend-ə bildirilib ki, onlar 1977-ci il təvəllüdlü Bədəlov Əli Məcnun oğlu, 1966-cı il təvəllüdlü Məmmədov Əkbər Cavad oğlu, 2008-ci il təvəllüdlü Qəhrəmanov Təyyar Əbülfəz oğlu və 2005-ci il təvəllüdlü Qəhrəmanova Məryəm Rafiq qızıdır.

Hazırda həmin şəxslərdən bir nəfəri, M. Qəhrəmanovanın vəziyyəti yaxşı olduğundan evə buraxılıb. Digər şəxslərdən birinin isə vəziyyəti nisbətən ağır olduğundan Naxçıvan şəhərinə göndərilib.

Qeyd edək ki, hadisə may ayının 27-də baş verib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA