Bakıda daha iki COVİD-19 xəstəsi ictimai yerlərdə tutulub

img

29-05-2021 [13:17]


Daxili işlər orqanlarının əməkdaşları ötən gün paytaxtın Binəqədi və Nəsimi rayonları ərazilərində 2 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlayıb.

Daxili İşlər Nazirliyindən Mia.az-a verilən məlumata görə, polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb.

Onlardan biri tibbi prosedurlar gözlənilməklə yaşadığı evə qaytarılıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

Digər şəxsin Abşeron rayonu ərazisindəki modul tipli xəstəxanada müalicə almasına baxmayaraq, oranı özbaşına tərk etməsi müəyyən edilib və xəstəxanaya təhvil verilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA