UNEC-lə Türkiyənin Altınbaş Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb - FOTO

img

27-05-2021 [14:47]


Türkiyənin Altınbaş Universitetinin rektoru professor Dr. Çağrı Erhan Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru professor Ədalət Muradovla görüşüb.

UNEC-dən Mia.az-a verilən məlumata görə, görüşdə professor Ədalət Muradov UNEC-in tədris prosesi, akademik heyəti, beynəlxalq əlaqələri barədə ətraflı məlumat verib. UNEC-in dünyanın bir çox nüfuzlu universltetləri ilə əməkdaşlıq etdiyini, ikili diplom, mübadilə və birgə diplom proqramları həyata keçirdiyini diqqətə çatdırıb.

Rektor professor Dr. Çağrı Erhan Altınbaş Universiteti barədə məlumat verdikdən sonra hər iki universitet arasında əməkdaşlıq imkanları müzakirə olunub. Müzakirələrdən sonra UNEC ilə Altınbaş Universiteti arasında əməkdaşlığa dair anlaşma memorandum imzalanıb.

Memoranduma əsasən, hər iki universitet arasında birgə konfransların keçirilməsi, tədqiqat işlərinin aparılması, tələbə və akademik heyətin mübadiləsi və s. nəzərdə tutulub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA