Bakıda evdən qaçan 17 yaşlı qız: "Zəng etdi, dedi ki, məni axtarmayın"  - "Leylanın hansısa qruplaşma tərəfindən qaçırıldığını düşünürük" (FOTO)

img

27-05-2021 [14:26]


Bakıda 7 gün əvvəl yoxa çıxan yeniyetmədən hələ də xəbər yoxdur.

Mia.az xəbər verir ki, mayın 20-də Səbail rayonu, Bayıl qəsəbəsində yaşayan 2004-cü il təvəllüdlü Əliyeva Leyla Rauf qızı şəxsiyyət vəsiqəsini götürərək evdən çıxıb.

Leylanın anası Raisə Əliyeva bu gün APA-ya bildirib ki, qızından hələ də xəbər ala bilməyiblər: "Artıq, 7 gündür Leyladan xəbər ala bilmirik. O, sonuncu dəfə beş gün əvvəl zəng edərək "məni axtarmayın" deyib. Axtarış aparılması üçün polis şöbəsinə müraciət olunub".

R.Əliyeva qeyd edib ki, Leylanın hansısa qruplaşma tərəfindən qaçırıldığını düşünürlər.

Məlumatlara görə, yoxa çıxan qız sonuncu dəfə Nərimanov rayonu ərazisində görünüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Zeyni Hüseynov APA-nın sorğusuna cavab olaraq bildirib ki, Raisə Əliyevanın müraciətilə əlaqədar Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən axtarışlar aparılır.

L.Əliyevanı görən şəxslərdən 055 812 19 01 nömrəsi ilə əlaqə saxlayaraq məlumat vermələri xahiş olunur.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA