"Mənə əxlaqsız məsləhətlər verirlər ki..." - “Kristal Abşeron”dan ev alan qadının başına nələr gəlib?
26-05-2021 [18:12]
“Kristal Abşeron”la bağlı şikayətlər mütəmadi olaraq gündəmə gəlir. Adətən şirkətin inşa etdiyi binalarda keyfiyyətsiz məhsullardan istifadə edildiyi deyilir. Son zamanlar isə ipoteka ilə ev alan insanlar arasında tikinti şirkəti ilə bağlı narazılıq hallarına daha çox rastlanılır. Belə vətəndaşlardan biri də Elnarə Mikayılovadır.
Yenisabah.az xəbər verir ki, Elnarə xanım 2015-ci ilin oktyabr ayında “Kristal Abşeron”dan Xırdalanda 10 illik müqavilə ilə ev alıb. İlkin ödəniş olaraq 8 min manat vəsait köçürüb, aylıq ödənişin məbləği isə 914 manat təyin edilib. Lakin dollarla bağlı devalvasiyanın yaşandığı dövrdə Elnarə Mikayılova işini itirdiyi üçün ödənişdə 2 700 manat gecikmə yaranıb. Onun sözlərinə görə, bu səbəblə “Kristal Abşeron” Elnarə Mikayılovaya kredit müddətini uzatmağı təklif edib:
“Mən də razılaşıb müddət uzatmaq üçün rəsmi müraciət elədim. Yeni ödəniş cədlvəli tərtib olundu və müddəti 20 il etdilər. 2016-cı ilin avqust ayından başlayaraq hər ay 645 manat ödədim. Həmçinin həmin vaxt mənə müddətuzatma ilə əlaqədar 2 700 manat gecikmənin 1 100 manat faizini ödətdirdilər. Bildirdilər ki, bunu ödədikdən sonra 2 700 manat əsas məbləğin üzərinə əlavə olunacaq və mən hər ay sadəcə 645 manat ödəyəcəm. Lakin bu hadisədən sonra onlar mütəmadi olaraq mənə gecikməni ödəməli olduğumla bağlı zəng vurmağa başladılar. Gedib 1 100 manat ödəniş etdiyimi və razlığa əsasən, həmin vəsaitin ümumi məbləğə əlavə olunduğunu deyib, sənədləri, təzə cədvəli göstərsəm də, heç bir tədbir görülmədi. Bir il məni həmin məbləğin gecikmə siyahısından silinəcəyini deyərək aldatdılar. Sonra isə sistemdə qaldığını, silinmədiyini bildirdilər. Daha sonra valideynlərimin sağlamlıq problemləri ilə əlaqədar istəməsəm də, mütəmadi gecikmələr baş verdi. Beləliklə, real olaraq 2 300 manat yeni gecikmə yarandı. Onlara valideynimi itirdiyimi, bu səbəblə gecikmə olduğunu bildirmişdim. Bir neçə ay sonra təkrar əvvəlki qaydada ödənişləri həyata keçirdim, hətta gecikməni bağlamaq üçün Beynəlxalq Banka 645 manatdan əlavə də vəsait köçürürdüm. Ancaq nəticə olaraq mənə 7 min gecikməm olduğunu dedilər. Sənəd olaraq isə mənə müddət uzatma zamanı silinməli olan 2 700 manatı göstərdilər. Keçən il may ayının 4-də aylıqdan əlavə 2 min manat ödəniş elədim. Həmçinin bütün pandemiya dövründə də aylıq borcları tam ödəmişəm. Onlar isə mənə “Bu ödəniş deyil”,-deyirlər”.
Həmsöhbətimiz yaranmış problemin aradan qaldırılması üçün həm Beynəlxalq Bankın bütün şöbələrinə, həm də “Kristal Abşeron”a müraciət etdiyini, lakin əsaslı açıqlamanın verilmədiyini diqqətə çatdırıb:
“Mən ay ərzində bəzən 650, bəzən 800-1000 manat ödəniş edirəm, lakin borcdan çıxmırlar, məbləği daha da artırırlar. Bu dəqiqə 5 200 manat gecikməm olduğunu deyirlər, halbuki 2 300 manatdır. Problemlərə baxan şöbə indiyədək ödədiyim bütün vəsaitin faizə getdiyini bildirir. İndiyədək 69 min manatın 36 minini ödəmişəm, əlimdə çıxarış da var, amma mənə cəmi 7 min manat köçürdüyümü, qalan pulun isə faizə çıxıldığını deyirlər. Üstəlik məhkəməyə müraciət edirlər ki, ev hərraca qoyulub satılsın. Amma onların fikrincə, tutaq ki, ev 50 minə satılsa, yerdə qalan 12 min manatı da mən ödəməliyəm. İyun ayının 2-si üçün məhkəmə təyin olunub. Lakin “Kristal Abşeron” indidən özlərindən qərar çıxarıb. Qurumun əməkdaşı Günay xanım sevinə-sevinə Elmir müəllimə məhkəmənin evin hərraca qoyulması ilə bağlı qərar verdiyini deyib. Bu barədə mənə bir şəxs məlumat verdi. Hadisə mayın 16-da baş tutub, halbuki məhkəmə iyunun 2-də olacaq. Necə ola bilər ki qərar verilsin? Bu şirkət özündən qərar çıxarır. Mənə 8 min manat təklif edirlər ki, evi onlara qaytarım. İki ildir ki, hər ay işıq borcum olmadığı halda, 3-5 dəfə işıqlarımı söndürüblər. Körpə uşaqlarım qaranlıqda qalıb. “Yandırmayacam, get, kimə istəyirsən şikayət et”,-deyirlər. Hər dəfə işığımı söndürəndə ödəniş edirəm, yandırırlar, amma o ödənişi də faizə hesablayırlar. Maraqlarının nədən ibarət olduğunu bilmirəm”.
Elnarə Mikayılova bu kimi hadisələri “Kristal Abşeron”un binasında yaşayan başqa ailələrin də yaşadığını vurğulayıb:
“Şirkətin sahibi, Milli Məclisin deputatı Ağalar Vəliyevə rəsmi məktub göndərmişəm. Hələ də cavab yoxdur. Yaxın zamanda mən oğlumu əsgər göndərəcəm. Oğlum əsgərlikdə ana-bacısının evdən çıxarıldığını eşidib özünü öldürsə, buna kim cavab verəcək? Hələ mənə əxlaqsız məsləhətlər verirlər ki, tək olmaqdansa, kimisə tapardın, ödənişini edərdi. Elmir müəllim mənə gülərək bankın mexaniki səhv etdiyini, guya borcu mənə yazmaqdansa, banka yazıldığını deyir. Əgər mənim bankla problemim varsa, niyə işığımı “Kristal Abşeron” söndürür? Halbuki heç onlarla problem yoxdur. Ötən gün “Azərişıq”a zəng etdim, oradan borcumun olmadığı və işığı onların söndürmədiyi bildirildi. Komendant mənə Kristal Abşeronun problemlərlə əlaqəli şöbəsində işləyən Günay xanımın söndürtdüyü dedi. Polisə zəng vurdum, 12 polis gəldi, işıq yanmırdı, Günay xanım isə həmin an üzə durub işığın yandığını iddia etdi. İnsanı canından bezdirirlər. Məsələnin həllini tapmaq üçün Prezident Administrasiyasına da, Mehriban Əliyevaya da məktub göndərmişəm. Xahiş edirəm, bu məsələ işıqlandırılsın, bir tədbir görülsün”.
583, 586 əyar və diş qızılı.. - Qiymət Azərbaycanda nə qədər qalxıb?
Nazirlikdə nöqsanlar aşkarlanıb
General rütbəsi verilən gömrükçülər kimlərdir? - FOTOLAR
Tərtərin prokuroru vəzifədən azad olunub
"Beşiktaş"ın prezidenti: "Vəzifəmin başındayam"
“Kapital Bank”ın haqsız faiz siyasəti - İqtisadçı yazır
Ədliyyə Nazirliyi bu QHT-nin ləğvini istəyib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Xəzər rayonunda üç evdən oğurluq olub
Özü 20 min, müavinləri 15 min, köməkçiləri 10 min manat alan Agentlik sədri... - Mətbuat katibi maaşla bağlı sualdan yayındı
Şadlıq evlərindən baha olan restoranlar: bir nəfərin yeməyi neçədən başlayır? - SİYAHI
Xəzərin sahilində nəhəng beton bünövrələr üzə çıxıb
FİFA Türkiyə klubunu cəzalandırdı - Polşalı qapçıya gərə
ABŞ Səfirliyi “Qarabağ”ı təbrik edib
Almaniya əhalisi azalıb - 2020-ci ildən bəri ilk dəfə...
Əli Əsədov yeni qərar imzalayıb
İranın vitse-prezidenti xalqdan üzr istədi
Bəylər Eyyubovun qardaş oğlu həbsdən buraxılmadı - Məhkəmə prosesi
Masallıda 2 uşaqlı ananın üçəmi də dünyaya gəlib
Regional İdarə rəisi vəzifədən azad olunub
Azərbaycan Milli Hidrogen Strategiyasının tətbiqinə dair İşçi Qrupun iclası keçirilib
Ekspert AHİK rəhbərliyini necə çətin vəziyyətə salıb? - "Birdən-birə niyə belə bir oyuna əl atıldı?"
Torpaq vergisi bəyannaməsi ilə bağlı müddəti dəyişib
“Məndən nə istəyirsiniz?” – Rəqsanə canlı yayımda ağladı (VİDEO)
Manipulyasiya necə edilir və ya yalan nədir, doğru nədir? - TƏHLİL
Əli Əsədov sərəncam imzalayıb
Yasamaldakı qara paltarlı o qadın tutuldu - VİDEO, FOTO
DAHA BİR GENERALA YÜKSƏK VƏZİFƏ VERİLDİ
"TikTok"un vəzifəli şəxsləri gizli qoruma oyunu - Amerikada Tramp qorunur, bizdə isə Prezidenti təhqirə geniş yer açılır
Məktəb direktorunun şagirdi vurması iddiası araşdırılır
Sabah hava necə olacaq? - Proqnoz
AFFA klubları cəzalandırdı
Rusiyada bakalavriat və magistratura ləğv edilir
"Changan"dan şikayətlər artır - Bəs ekspert nə deyir?
Deputat yenə cəza və cərimə tələb edən nazir müavininə qəzəbləndi: "İnsanlar boğaza yığılıblar"
Ordu və polis müvəqqəti prezidenti "Sədaqət andı" içdi - "Komandir əsası" təqdim olundu
"Balkonlardan tullanmayın" - Qapçının qolu ilə pley-offa yüksələn "Benfika"nın Baş məşqçisi kimə replika atdı?
Türklər parçalananda Rusiya böyüyür, birləşəndə kiçilir - Bu, tarix boyu təkrarlanan geosiyasi qanundur (Təhlil)
"Qardaşım vəfat etməyib" - Əhəd Abıyev
Kəmaləddin Heydərov yeni təyinata imza atıb
Etibar Əhmədov vəzifədən azad olunub
Şəmşad Ağa anasının dəfn mərasiminə buraxıldı - QƏRAR