"“Meydan” TV-dən tələbimiz ondan ibarətdir ki..." - YAP-dan iddialara reaksiya
26-05-2021 [13:29]
Yeni Azərbaycan Partiyası (YAP) mayın 25-də "Meydan" TV youtube kanalında feysbukda saxta səhifələrin yaradılması ilə bağlı yayılmış videoda partiyanın ünvanına səsləndirilən ittihamlara reaksiya verib.
Partiyadan Mia.az-a verilən məlumata görə, qərəzli və birtərəfli qaydada material hazırlayan, jurnalistikanın prinsiplərini kobud şəkildə pozan “Meydan TV” partiyanın Mətbuat Xidmətinə müraciət etməyib, iddialarına cavab istəməyib.
Bundan başqa, qeyd edilib ki, videomaterialda ictimai fəal Bəxtiyar Hacıyevin əsassız olaraq Yeni Azərbaycan Partiyasının rəhbərliyini ittiham etməsi onun məsuliyyətsiz və qərəzli münasibətinin göstəricisidir: "Tam məsuliyyətlə bəyan edirik ki, Yeni Azərbaycan Partiyası nəinki “facebook”da, hətta bütün sosial şəbəkə seqmentlərində saxta hesablardan istifadə etmir, üzvləri, fəalları bu işə təşviq olunmur. Bu məsələ ilə əlaqədar “The Guardian” qəzetinin araşdırmasında da “Facebook” şirkətinin məsul əməkdaşı bildirmişdir ki, “facebook”un Azərbaycan platformasında silinən 300-dən artıq saxta səhifənin Yeni Azərbaycan Partiyası ilə hər hansı əlaqəsi tapılmayıb. Bu da sübut edir ki, Yeni Azərbaycan Partiyası sosial şəbəkələrdə saxta hesablardan, eləcə də siyasi rəqiblərinə qarşı “trol xidməti”ndən istifadə etmir.
Saxta səhifələrlə yazılan rəylərin YAP-a aid olmasını sübut edən hər hansı fakt da yoxdur. Ehtimal oluna bilər ki, saxta profil və səhifələrlə yazılan rəylər YAP-ın nüfuzuna zərbə vurmaq üçün hansısa maraqlı qruplar tərəfindən hazırlanır. Bu baxımdan hesab edirik ki, “Meydan TV”nin yaydığı böhtan xarakterli video da YAP-a qarşı aparılan qara piar kampaniyasının tərkib hissəsidir.
“Meydan TV”nin Yeni Azərbaycan Partiyası haqqında təhrif olunmuş, əsassız məlumatları yoxlamadan, dəqiqləşdirmədən yayması məhkəmə predmetinə də çevrilə bilər. Bu səbəbdən də, “Meydan” TV-dən tələbimiz ondan ibarətdir ki, Yeni Azərbaycan Partiyası haqqında yayılan birtərəfli, böhtan xarakterli videomateriala görə jurnalistikanın etik qaydalarına və qanunların tələblərinə uyğun olaraq rəsmi üzrxahlıq edilsin, təkzib materialı yayılsın.
Əgər “Meydan TV” sosial şəbəkələrdə saxta hesablarla rəylər yazan, siyasi rəqiblərini təhqir edənlər barədə obyektiv araşdırma aparmaq fikrinə düşərsə, müvafiq məlumat və faktları təqdim edə bilərik".
XƏTAİDƏ NÖVBƏTİ YAŞILLIQ ƏRAZİ YOX EDİLİB: üç il əvvəl tikintiyə icazə verilməyən ərazi kimlərə satılacaq? - FOTOLAR
ABŞ bölgəyə qayıtmır, oyunu yenidən qurur - TƏHLİL
Sabahın hava proqnozu açıqlandı
"Yeni komitə sədri ilahiyyat təhsili olan şəxs olacaq, bu arada Şeyx də yavaş-yavaş unudulur" - Ekspert maraqlı proqnoz verdi
"Bu, artıq bir vicdan məsələsidir" - Elçin Ağamalı yenidən "üsyan bayrağı"nı qaldırdı
Bakıda saxta qaz işçisi tutulub
Məktəblilər nə vaxt tətilə buraxılacaq? - Açıqlama
İran-Azərbaycan sərhədində PUA zərərsizləşdirilib - FOTO
Azərbaycan nefti bahalaşdı - 1.7 dollar
ABŞ-nin vitse-prezidenti Azərbaycana gəlir - Tramp İlham Əliyevə təşəkkür etdi və mühim mesajlar verdi
Ukrayna, Rusiya və ABŞ nümayəndələri BƏƏ-də bir arada - 4 saata yaxın müzakirə aparılıb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Neftçi" "Zirə" ilə bacarmadı
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İspaniya Baş naziri Trampın dəvətini əlinin tərsi ilə geri çevirdi
131 məktəbə direktor təyin olunacaq
"Qalatasaray" 23 yaşlı futbolçunu heyətinə qatır
Rövşən Nəcəf FIFA prezidenti ilə görüşüb - Davosda
"Real" Arda Gülərə 90 milyon avro qiymət qoydu - "Satılsa, "Fənərbağça" 18 milyon qazanacaq"
500 MİLYON DOLLAR SƏRVƏTƏ SAHİB OLAN İLHAM RƏHİMOVUN HEYKƏLİ: niyə qoyuldu? - Maraqlı iddialar + FOTO
Baş İdarə rəisi vəzifədən azad olunub
Kamran Əsədov məhkəmə zalında həbs edildi - Rektor isə qaynını işdən uzaqlaşdırdı (YENİLƏNİB)
DÜNYANIN 20 ƏN GÜCLÜ ORDUSU: Türkiyə 9-cı sıradadır - SİYAHI
Türkiyədə məşhur aktyor və aktrisalar narkoman çıxdı - Test cavabları açıqlandı + SİYAHI
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"İmişli" - "Araz-Naxçıvan" oyununda qapılara 4 qol vurulub
İran XİN başçısında Zelenskiyə sərt cavab: "Dünya təlxək klounlardan bezdi, utanmadan..."
CHP-li keçmiş bələdyyə sədrinə hökm oxundu - 6 il 3 ay həbs
AFFA liqalarda yeniliklər etməyə hazırlaşır
GENERAL MƏDƏT QULİYEV BOŞANIB - Açıqlama (Yenilənib)
İsrail ordusu 4 gün əvvəl girdiyi rayondan geri çəkilib - "350 evdə axtarış aparılıb"
Röya Ayxanın bir qardaşı da müğənni imiş... - VİDEO
ABŞ Səfirliyi Tramp-Əliyev görüşü haqqında məlumat yaydı
Xalq artistinin qardaşı oğlu müşavir vəzifəsindən azad edildi - Nazir əmr imzaladı (FOTO)
Türkiyə millisinin üzvü: "Yuventus"da xoşbəxtəm"
"Aston Villa" "Beşiktaş"ın hücumçusunu istəyir - 21 milyon avro və futbolçu təklif edilib
Bakıda eksternat imtahanlar elektron qaydada keçiriləcək
Azercell Azərbaycanda ISO/IEC 27701:2019 beynəlxalq sertifikatını əldə edən ilk şirkət oldu
Maliyyə Nazirliyi süni intellektin tətbiqi ilə bağlı işə başlayıb
"Qalatasaray" daha bir oyunçu ilə yollarını ayırır
Qarabağda yaşayan 10 erməni Ermənistana təhvil verilib