Məmur olmaq istəyənlər imtahan verəcək - Bu tarixdə
17-05-2021 [14:18]
Dövlət İmtahan Mərkəzi iyunun 20-də dövlət qulluğu vəzifələrinin B növünə aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə test imtahanı keçirəcək.
Mərkəzdən Mia.az-a verilən məlumata görə, imtahanda iştirak etmək üçün qeydiyyat 10 iyun saat 16:00-dək aparılacaq.
İmtahan Bakı şəhərində keçiriləcək və namizədlər üçün 2 000 yer ayrılıb. İmtahanların başlanma saatı və yeri barədə məlumat imtahandan 5 gün əvvəl Mərkəzin saytına yerləşdiriləcək "İmtahana buraxılış vərəqəsi"ndə qeyd olunacaq.
İmtahanda iştirak etmək istəyən namizədlər DİM-in portalında “Şəxsi kabinet”lərini (şəxsi kabineti olmayanlar) yaratmalıdırlar. Kabinet yaradılan zaman pul hesabı açılır. İmtahanlarda iştirak üçün ödəniş tarifləri ilə buradan tanış ola bilərsiniz. “Şəxsi kabinet”də olan pul hesabına vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat www.payment.dim.gov.az saytında verilmişdir) istifadə etmək olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanlarda iştirak etmək üçün DİM-in internet portalında “Dövlət qulluğuna qəbul üzrə test imtahanında iştirak etmək üçün onlayn qeydiyyat” xidməti vasitəsilə qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçən və imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılımır.
Qeydiyyat zamanı ali təhsil haqqında məlumatlar "Tələbə-məzun" dövlət elektron məlumat sistemi vasitəsilə yoxlanılır və namizəd haqqında məlumatlar sistemdə olmadıqda onun qeydiyyatı aparılmır. Bu halda Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olunmuş namizəd ona aid məlumatların "Tələbə-məzun" dövlət elektron məlumat sisteminə daxil edilməsi üçün bitirdiyi təhsil müəssisəsinə müraciət etməlidir. Xaricdə təhsil almış namizədlər və sistemdə ali təhsil haqqında məlumatı olmayan digər namizədlər DİM-ə (Bakı şəhəri, Yasamal rayounu, Mikayıl Müşfiq küçəsi 1M və ya DİM-in regional bölmələrinə) müraciət etməlidir. Məlumatları "Tələbə-məzun" dövlət elektron məlumat sisteminə daxil edilmiş namizədlər qeydiyyatdan keçə bilərlər.
Qeydiyyatdan əvvəl namizədlər təhsil haqqında məlumatlarının "Tələbə-məzun" dövlət elektron məlumat sistemində olub - olmadığını "Elektron hökumət" portalından DİM-in "Vətəndaş haqqında "Tələbə-məzun" dövlət elektron məlumat sistemindən çıxarış" elektron xidməti vasitəsilə öyrənə bilərlər.
Namizədlərin qeydiyyatdan keçməmişdən əvvəl vəzifə qrupunu düzgün seçmələri, imtahana daha səmərəli hazırlaşmaları və imtahanda davranış qaydaları ilə tanış olmaları üçün aşağıdakılardan istifadə etmələri tövsiyə olunur:
Test imtahanında yoxlanılacaq bilik sahələri və hər sahə üzrə test tapşırıqlarının sayı və vəzifə altqrupları üzrə keçid balları;
Test imtahanı proqramları;
“Namizədin yaddaş kitabçası” - kağız daşıyıcılar vasitəsilə keçirilən test imtahanları üçün;
Namizəd şəxsiyyətini təsdiq edən sənədi və imtahana buraxılış vərəqəsini təqdim etməklə test imtahanında iştirak edir. Test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat verilir. Sertifikatın qüvvədə olma müddəti 5 ildir. Namizəd dövlət qulluğu vəzifələri üzrə bir neçə sertifikat ala bilər.
İnzibati vəzifələrin müvafiq altqrupu üzrə Sertifikata malik olan şəxs Sertifikatda nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun olan vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər. Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd qanunvericiliklə müəyyən edilmiş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərin tələblərinə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.
"Yuventus" türk klubunun daha bir hücumçusuna "göz qoydu"
Paşinyan: "Çox böyük potensialımız var, enerji sistemimizi Azərbaycan və Türkiyənin..." - "Əgər Rusiya istəməsə...."
TEHRANIN ABŞ-a MÜQAVİMƏT DİRƏNİŞİ: "Əlimiz tətikdə gözləyirik" deyən İranın hərbi gücü ilə bağlı - ARAŞDIRMA
Avropa İttifaqı SEPAH-ı "Terror siyahısı"na aldı, Tehrana sərt mesaj verdi: "Öz xalqını öldürən rejim sonunu hazırlayır"
"Trobzonspor"un oyunçusu "Gənclərbirliyi"nə keçib
Kristjan Asllani İstanbula gəlir
WUF13:tərəfdaş tədbirlərinə qeydiyyat müddəti uzadılıb
583, 586 əyar və diş qızılı.. - Qiymət Azərbaycanda nə qədər qalxıb?
Nazirlikdə nöqsanlar aşkarlanıb
General rütbəsi verilən gömrükçülər kimlərdir? - FOTOLAR
Tərtərin prokuroru vəzifədən azad olunub
"Beşiktaş"ın prezidenti: "Vəzifəmin başındayam"
“Kapital Bank”ın haqsız faiz siyasəti - İqtisadçı yazır
Ədliyyə Nazirliyi bu QHT-nin ləğvini istəyib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Xəzər rayonunda üç evdən oğurluq olub
Özü 20 min, müavinləri 15 min, köməkçiləri 10 min manat alan Agentlik sədri... - Mətbuat katibi maaşla bağlı sualdan yayındı
Şadlıq evlərindən baha olan restoranlar: bir nəfərin yeməyi neçədən başlayır? - SİYAHI
Xəzərin sahilində nəhəng beton bünövrələr üzə çıxıb
FİFA Türkiyə klubunu cəzalandırdı - Polşalı qapçıya gərə
ABŞ Səfirliyi “Qarabağ”ı təbrik edib
Almaniya əhalisi azalıb - 2020-ci ildən bəri ilk dəfə...
Əli Əsədov yeni qərar imzalayıb
İranın vitse-prezidenti xalqdan üzr istədi
Bəylər Eyyubovun qardaş oğlu həbsdən buraxılmadı - Məhkəmə prosesi
Masallıda 2 uşaqlı ananın üçəmi də dünyaya gəlib
Regional İdarə rəisi vəzifədən azad olunub
Azərbaycan Milli Hidrogen Strategiyasının tətbiqinə dair İşçi Qrupun iclası keçirilib
Ekspert AHİK rəhbərliyini necə çətin vəziyyətə salıb? - "Birdən-birə niyə belə bir oyuna əl atıldı?"
Torpaq vergisi bəyannaməsi ilə bağlı müddəti dəyişib
“Məndən nə istəyirsiniz?” – Rəqsanə canlı yayımda ağladı (VİDEO)
Manipulyasiya necə edilir və ya yalan nədir, doğru nədir? - TƏHLİL
Əli Əsədov sərəncam imzalayıb
Yasamaldakı qara paltarlı o qadın tutuldu - VİDEO, FOTO
DAHA BİR GENERALA YÜKSƏK VƏZİFƏ VERİLDİ
"TikTok"un vəzifəli şəxsləri gizli qoruma oyunu - Amerikada Tramp qorunur, bizdə isə Prezidenti təhqirə geniş yer açılır
Məktəb direktorunun şagirdi vurması iddiası araşdırılır
Sabah hava necə olacaq? - Proqnoz
AFFA klubları cəzalandırdı
Rusiyada bakalavriat və magistratura ləğv edilir
"Changan"dan şikayətlər artır - Bəs ekspert nə deyir?